Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Cəmiyyət / “Bu halda vətəndaş bankdan illik 5% tələb edə bilər” – Ekspert

“Bu halda vətəndaş bankdan illik 5% tələb edə bilər” – Ekspert

Son zamanlar bank müştərisi olan vətəndaşların kartından xəbərləri olmadan artıq pul çıxarılması kimi hallar baş verir. 
Qaynarinfo xəbər verir ki, banklar isə vətəndaşlara “texniki səhv olub, sistemdə problem var, gün ərzində çıxarılan vəsait karta geri qayıdacaq” deyə bildirirlər. Ancaq bir iş günü keçməsinə baxmayaraq, həmin vəsaitlər karta daxil olmur. Belə hallar həftə sonları baş verəndə vətəndaşın vəsaiti kartına növbəti həftədə qaytarılır.
Vətəndaş pulunun gecikməsinə görə bankdan maddi təzminat tələb edə bilərmi?

Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu halda vətəndaşlar vəsaitləri olan bankdan illik 5% tələb edə bilər:
“Mülki Məcəllənin müvafiq müddəlarına əsasən, əgər müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, başqasının pulunu vaxtında vermədiyinə görə illik 5% tutmaq olar. Bəlkə müqavilədə başqa faizlər nəzərdə tutulur, onu da tələb edə bilər. Adətən müqavilədə buna görə faiz nəzərdə tutulmur, ona görə də illik 5%-i günə düşən hissəsini bankdan tələb edə bilər”.

Həmçinin oxuyun

Bu şagirdlər məktəbə qəbiristanlıqdan keçib gedirlər – VİDEO

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nur yaşayış massivində yerləşən 314 nömrəli məktəbin şagirdləri təhsil üçün qəbiristanlıqdan …