Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / Bu gündən Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə verilir

Bu gündən Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə verilir

Bu gündən Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilir.

Bu, Nazirlər Kabinetinin 2 avqust 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:

– Almaniya Federativ Respublikası;

– Avstriya Respublikası;

– Belçika Krallığı;

– Çexiya Respublikası;

– Danimarka Krallığı;

– İrlandiya Respublikası;

– İspaniya Krallığı;

– İsveç Krallığı;

– İsveçrə Konfederasiyası;

– Kanada;

– Lüksemburq Böyük Hersoqluğ

– Malta Respublikası;

– Niderland Krallığı;

– Polşa Respublikası;

– Portuqaliya Respublikası;

– Serbiya Respublikası;

– Sinqapur Respublikası;

– Sloveniya Respublikası;

– Slovakiya Respublikası;

– Yunanıstan Respublikası.

Həmin ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında icazə verilir. Bu şəxslər Azərbaycanı tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

Həmçinin oxuyun

Keçmiş icra başçısı ECMO-ya qoşuldu

Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin …