Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Cəmiyyət / Bu dövlət qurumları maşınlarını satır – Qiymətlər

Bu dövlət qurumları maşınlarını satır – Qiymətlər

İki böyük dövlət qurumu noyabrda keçiriləcək hərraca istifadəsiz avtomobillərini çıxarıb.
Belə ki, 13 noyabr tarixində keçirilməsi planlaşdırılan auksiona ümumilikdə 10 avtomobil təqdim olunub.
Beş avtomobili hərraca Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, digər beş avtomobili isə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsi təqdim edib.
Hərraca çıxarılan start qiyməti ən yüksək olan avtomobil Energetika Nazirliyinin satmaq istədiyi “Ford Fokus” markaklı avtomobildir ki, maşının ilkin start qiyməti 6000 manatdan başlayır. Qiyməti ən aşağı olan avtomobil isə yenə də Energetika nazirliyinin təqdim etdiyi “Qaz-3102” avtomobildir. Onun da ilkin start qiyməti cəmi 800 manatdır.
Statistika Komitəsi isə bu dəfə hərraca ancaq VAZ markalı avtomobillər təqdim edib. 2007-2008-ci il istehsalı olan VAZ avtomobillərinin ilkin satış qiyməti 2000-2500 manat müəyyən edilib.

Həmçinin oxuyun

“Təhlükə rus dilindən yox, Zamirə Hacıyeva nümunəsindən gəlir…” – Alqış Müsayev

“Rus dili ilə, rusdilli təhsillə bağlı müzakirə açanların həyəcanını, narahatlığını, bəzən də skeptik yanaşmalarını başa …