Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / “Bu ağrılar ayağıma da vururdu” – Rasim Balayev

“Bu ağrılar ayağıma da vururdu” – Rasim Balayev

Uzun müddətdir ki, belində yaranan ağrılardan şikayətçi olan Xalq artisti Rasim Balayev Türkiyədə müalicə olunur.

Bu barədə Sputnik Azərbaycan-a danışan Xalq artisti son zamanlar ağrılardan çox əziyyət çəkdiyini deyib: “Belimdə yırtıq var, ağrı verirdi. Bu ağrılar ayağıma da vururdu. Bu səbəbdən rahat gəzə də bilmirdim. Artıq bir neçə gündür ki, Türkiyədəyəm. Müalicə üçün Ankara şəhərinə gəlmişəm”.

“Bakıda əməliyyat etmək istəyirdilər. Lakin Türkiyəyə gəldikdə onlar əməliyyata gərək olmadığını dedilər. Müalicə ilə problemi aradan qaldıracaqlarına vəd veriblər. 10 gündən sonra buradakı müalicəmi bitirib Bakıya qayıdacağam” – deyə Rasim Balayev əlavə edib.

Xatırladaq ki, vaxtilə “Babək” filminin çəkilişi zamanı atdan yıxıldığı üçün Xalq artistinin belində yırtıq yaranıb. R.Balayev bu problemə görə dəfələrlə müalicələr qəbul etsə də, səhhətində heç bir irəliləyiş olmayıb.

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …