Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / “Broker Əbülfəz”ə yüksək vəzifə verilib? (AÇIQLAMA)

“Broker Əbülfəz”ə yüksək vəzifə verilib? (AÇIQLAMA)

Dövlət Gömrük Komitəsi “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun vəzifəyə təyin olunması barədə yayılan məlumata münasibət bildirib.
DGK-nın açıqlamasında qeyd olunur ki, bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna rəis təyin olunması barəsində əsassız və yalan məlumatlar yayılıb.
Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna hər hansı təyinat olmayıb və postun rəisi Şükürov Muxtar Fazil oğludur.
Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat verərkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir.

Həmçinin oxuyun

ATU-nun daha bir əməkdaşı rektordan şikayətçidir

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Akif Süleymanovla bağlı “Hürriyyət”də dərc olunan “ATU-da baş verən qanunsuzluqlar …