Şənbə , Fevral 23 2019
Ana səhifə / Cəmiyyət / “Boşanmaların əsas səbəbləri məcburi evlilik, erkən nikah, məişət zorakılığı, kənar müdaxilələrdir” – Deputat

“Boşanmaların əsas səbəbləri məcburi evlilik, erkən nikah, məişət zorakılığı, kənar müdaxilələrdir” – Deputat

“Şəxsiyyətin yetişməsində ailənin rolu böyükdür. Əsas dəyərlər ailədə formalaşır. Ailə kiçik bir dövlətdir, öz qanunları var. Gənclərə sağlam həyat tərzi təbliğ olunmalıdır, onlar vətənpərvər ruhda olmalıdırlar”.
“Report” xəbər verir ki, bunu Bakıda “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
O bildirib ki, ailə ilə bağlı qanunvericilik bazası mükəmməldir. 
Deputat qeyd edib ki, 2018-ci ildə 13 651 boşanma olub: “Bu hal təəssüfləndiricidir. Əvvəl əsas səbəb sonsuzluq idi. İndi isə uşaqlı ailələrin boşanma sayı da artıb. Boşananların 71 faizi biruşaqlı ailələrdir. Bu, milli-mənəvi dəyərlərə uyğun deyil. Sevgi, səmimiyyət uzaqlaşır, evliliyə oyun kimi baxırlar. Toy edirlər, oynayırlar, bir-birlərinə acıq verirlər, sonra bəylə gəlini Limuzinlə yola salırlar. Daha sonra da Maldiv adalarında dincəlməyə gedirlər. Bir aydan sonra ailə yoxdur, mülk davası başlayır. Rəhbərlik etdiyim komitəyə müraciətlərin əksəriyyəti mülk və alimentlə bağlıdır. Bu müraciətləri gənclər özləri deyil, valideynləri edirlər. Biz bu məsələlərdə diqqətli olmalıyıq. Boşanmaların bir çox səbəbləri var. Buraya məcburi evlilik, erkən nikah, məişət zorakılığı, kənar müdaxilələr daxildir”.

Həmçinin oxuyun

Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verildi

Bu gün Gəncə İnzibati-İqtisadi Məhkəməsi hüquqşünas Yalçın İmanovun işi üzrə yekun qərar çıxarıb. Modern.az xəbər …