Şənbə , Yanvar 23 2021
Ana səhifə / Cəmiyyət / Borc yiyəsi ölən prokurordan borcunu belə tələb etdi – VİDEO

Borc yiyəsi ölən prokurordan borcunu belə tələb etdi – VİDEO

Azərbaycanda haqqı pozulduğunu iddia edən vətəndaş etirazını heç kimin ağlına gəlməyən formada ifadə edib. Criminal.az saytı xəbər verir ki, kimliyi bilinməyən həmin şəxs pulunu mənimsədiyini iddia etdiyi mərhumun məzarı başında dayanaraq onun ruhuna ittihamlar səsləndirir və bu mənzərəni videoya çəkir. Vətəndaş qəbiristanlıqda Qaraxan Zülfi oğlu Ağayevin məzarı başında dayanaraq, pullarının onun tərəfindən mənimsənildiyini iddia edir: ‘‘Qaraxan, bəs şərəfinə and içirdin ki, pullarımı qaytaracaqsan”.

Criminal.az bildirir ki, Qaraxan Zülfi oğlu Ağayev vaxtilə Xızı rayon prokuroru olub, həmçinin, sabiq müdafiə naziri Rəhim Qazıyevin, eks-baş nazir Surət Hüseynovun və digər siyasilərin məhkəmələrində dövlət ittihamçısı kimi çıxış edib.

Q.Ağayev 9 dekabr 2016-cı il tarixdə saat 16:00 radələrində paytaxtın Sabunçu rayonu ərazisində faciəvi və müəmmalı şəkildə vəfat edib. O, “Küləfirəngi” restoranının qarşısında, təxminən, 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib, dekabrın 21-də orada vəfat edib.

Q.Ağayevin oğlu İldırım Ağayev isə atasının qəsdən öldürüldüyünü idddia edirdi. O, mətbuata müsahibəsində demişdi ki, atasının ölümündə əsas şübhəli şəxs sabiq polis rəisi Nizami Tağıyevdir: “Atam həmin gün evdən Nizami Tağıyevlə görüşmək üçün çıxıb. Nizami Tağıyev atama zəng edib, görüşə çağırıb. Atam vaxtilə Xızının prokuroru, Nizami Tağıyev isə polis rəisi olub. Atamı xəstəxanada gedib gördük. Saytlarda yazmışdılar ki, guya atamı maşın vurub. Bir başqa saytda da yazılmışdı ki, guya atam yıxılıb. Əslində isə atam yıxılmayıb, avtoqəza da olmayıb. Nə baş verdiyini Nizami Tağıyev bilir. O da bizdən qaçır, gizlənir. Dekabrın 24-də Sabunçu Rayon Prokurorluğunun müstəntiqi ilə danışdım. Dedi ki, Nizami Tağıyevi tapıb dindirmişik”.

Sabiq prokurorun məzarı başında çəkilmiş videonu təqdim edirik:

 

 

Həmçinin oxuyun

Polad Bülbüloğlu atasının Şuşadakı evində – FOTOLAR

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Şuşaya səfər edib. …