Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / BOLGEXEBER.TV-nin rəhbəri DİN-in adından təhdid edilir

BOLGEXEBER.TV-nin rəhbəri DİN-in adından təhdid edilir

Özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən Zaur adlı şəxs təhdidlər yağdırmağa başlayıb

Ötən süjetlərimizin birində Neftçala rayonunda fəhlələrin pulunu mənimsəyən zavod rəhbəri haqda məlumat vermişdik. Yayılan xəbərdən sonraBOLGEXEBER.TV-nin (BTV.AZ)rəhbəri Vasif Turan təhdidlər almağa başlayıb.055 494 75 55 -nömrəsindən ard-arda gələn təhdid zəngələrindən biri də sentyabrın 17-si Zaur adlı şəxsdən gəlib. Özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən Zaur adlı şəxs təhdidlər yağdırmağa başlayıb. Bolgexeber.com-a danışan Vasif Turan bildirib ki, Zaur adlı şəxs onu təhdid edərək yarım saat ərzində istər redaksiyanı, istərsə də onu tapıb, kimliyini sübut edəcəyini söyləyib. BTV-nin rəhbəri onu da bildirib ki, artıq məsələ ilə bağlı 102 xidmətini məlumatlandırıb , eyni zamanda Daxili İşlər naziri cənab Ramil Usubova və ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın