Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Cəmiyyət / Bloger anasını hədəfə aldı: “Tanımadığı insanlar haqda elə sözlər deyir ki…“

Bloger anasını hədəfə aldı: “Tanımadığı insanlar haqda elə sözlər deyir ki…“

Tanınmış bloger Aysel Şükürova  ailəsi haqqında şok fikirlər səsləndirib.

Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıanası haqqında “hamını sancır” dedikdən sonra valideyni ilə aralarında keçən dialoqu yazıb.

Bloger ailə üzvlərinin hər kəsə yuxarıdan aşağı baxdığını bildirib:

“Anam haqqında yazdıqlarım ona pis təsir edib, səhər-səhər mənə bir ton səs atıb. Nə olsun anamdır? Mən sözün düzünü deyirəm. Təsəvvür edin, heç kimi bəyənmir bu insan – nə qız, nə oğlan! Hamıya yuxarıdan aşağı baxır, hamı haqqında – hətta tanımadığı insanlar haqda elə sözlər deyir ki… Dəfələrlə eşitmişəm, demişəm ki, yanımda belə şeylər danışma, namaz qılırsan, görüb bilmədiyin şeylər haqda heç kimin haqqına girmə. Nə olsun anamsan? Bu qədər də yox da…

Hər şey kənardan göründüyü kimi deyil, dostlar. İçim özümü, çölüm özgəni yandırır. Təkcə anam yox, ailəmin digər üzvləri də beş-betərdilər”.

A.Şükür hətta ailəsinin dağılmasında da anasını günahlandırıb:

“Təəssüf ki, hər kəs ailəsini seçə bilmir. Hətta ayrılmaq, boşanmaq səbəblərimdən biri də anamdır. O qədər məni doldurdu ki, başımı xarab elədi. İndiyədək deyinir, guya, məni çox istəyir. Övlad sevgisi sizdəki kimi olmur, vaxtında sevgi görsəydim, sevgini başqalarında axtarıb, bu günlərə düşməzdim”.

Həmçinin oxuyun

TARİXİMİZƏ SAHİB ÇIXAQ

“Tariximizə sahib çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət …