Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Cəmiyyət / Biznesmenin əsgər oğlu MTN-də idarə rəisinin necə köməkçisi olub? – Sensasion iddialar

Biznesmenin əsgər oğlu MTN-də idarə rəisinin necə köməkçisi olub? – Sensasion iddialar

MTN-də baş verən qanunsuzluqlarla bağlı işdən çıxarılmalar və həbslər bəzi iş adamlarının da istintaqa cəlb olunmasına əsas verir.

Bu bərədə Mia.az-a maraqlı məlumatlar daxil olub.

Məlumata görə, MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyevlə (Artıq o da vəzifədən çıxarılıb-red) biznes ortağı olması haqda xəbər yayılan əslən İmişli rayonundan olan tanınmış iş adamlarından Əvəz Şükürovun ötən 10 il ərzində sahib olduğu varidatının ciddi təftiş olunmasına böyük ehtiyac var:

«Mətləbə keçmədən əvvəl qeyd edək ki, MTN-nin bir neçə gün əvvələ qədər idarə rəisi olan Mövlan Şıxəliyevlə Əvəz Şükürov bir sıra pullu sahələrdə maraqllarını birləşdirib. Onlar bina tikinti, yol çəkilişi, restoran, ferma, karyer və digər sahələrdə əlbir işləyiblər. Onların biznes şərikliyi ilə yanaşı, həm də digər məsələlərdə də ortaq hərəkət etmələri haqda mətbuatda olduqca diqqətçəkən məlumatlar da yayılıb.

Məsələn, Mövlan Şıxəliyev Əvəz Şükürovla o qədər yaxın olub ki, hətta ölkə xaricində də böyük biznes yaradıblar. Həmin biznesə də Əvəz Şükürov vasitəsilə nəzarət edir. Bundan əlavə, adıçəkilənlər Almaniya və Türkiyədə də cox bahalı evlər alıblar və hər iki ölkədə də qonşudurlar. İdarə rəisinin Əvəz Şükürova olan sonsuz etibarını təsdiq edən digər bir maraqlı faktı isə oğlanları ilə bağlıdır. Belə ki, Mövlan Şıxəliyev Əvəz Şükürovla o qədər yaxın və etibarlı biznes şəriki olub ki, onun oğlunu da yanına işə götürmüşdü. Daha doğrusu, Əvəz Şükürovun oğlu Bayram Şükürov MTN-nin tabeliyindəki hərbi hissələrdən birində xidmət etsə də, M.Şixəliyev qanunlara məhəl qoymadan onu özünün köməkçisi statusunda yanına gətirmişdi. Bundan başqa, Əvəz Şükürovün digər oğlu Rəmzi Şükürov da MTN-nin Baş İdarə rəisi Akif Covdarovun Milli Məclisdə işləyən oğlu ilə birgə calişir. Mətbuatda yazılanlara örə, bu cütlük də dinc duran deyillər. Onların da adı müxtəlif qanun pozuntularında hallanır…».

Məlumatlı şəxs deyir ki, Mövlan Şıxəliyev o qədər irəli gedib ki, MTN-nin İmişli rayon şöbəsini rəisi Azər Səlimovu da Əvəz Şükürovun İmişlidəki biznesinin keşikçisi kimi fəaliyyət göstərməyə məcbur edib. Yəni dövlətin maraqları bunlar üçün bizneslərini qorumaqdan ibarət olub: “Sual olluna bilər ki, Əvəz Şükürovun İmişlidə nələri var axı, rayonun rəisi buna səfərbər olunub? O zaman iş adamının sahib olduğu bəzi varidatları diqqətinizə çatdırım. Əvəz Şükürov rayonda Araz çayının sağ və sol sahillərində bir neçə iri karxanaya, iri və xırda buynuzlu fermalara, onlarla iri obyektlərə, zavoda və villalara sahibdir. O, rayonda elə bir statusdadır ki, hətta Cavid Qurbanov “Azəryolservis”dən azad olunandan sonra onun rayondakı idarəsinin rəisini də öz şirkətinin baş mühəndisi ilə əvəzlədi. Bu gün maraqlansanız, “Azəryolservisi”in rayon yol idarəsinin yeni rəisi Mirkazımı yenə də həmin MMC-də daha çox görə bilərsiniz.

Onu da deyim ki, bu o şirkətdir ki, zona ilə bağlı dövlət sifarişləri nədənsə (əslində səbəb bəllidir-Mia.az) ancaq ona verilib. Nəzdində Asfalt zavodu və müxtəlif texinaarı olan “ORİEN -E” adlı MMC İmişi-Saatlı, İmişli-Kürdəmir və digər magistral yollarının çəkilişləri ilə bağlı tenderlərin də qalibi olub. Əvəz Şükürov sözsüz ki, rayonda bu işləri tək həyata keçirməyib. Onun rayondakı əsas şəriki isə Aslan Şükürovdur. Bu dostların Azərbaycanın Bakıda və bir sıra rayonlarında qonşu villalaları da onların işbirliyinin daha dərin olmasının göstərici sayıla bilər”.

Əvəz Şükürovun özünə gəldikdə isə onun Bakıda xeyli hündürmərtəbəli yaşayış binasının sahibi olduğunu deyən mənbə məşhur “Semaşko” xəstəxanasının ərazisində tikilən səs-küylü yaşayış binaların da ona məxsus olduğunu bildirir: “Hansı ki, həmin binaların ərazisinin qanunsuz satılması o zaman Əli İnsanova irəli sürülən ittihamlardan biri olub…”.

Məsələ ilə bağlı Əvəz Şükürovun mövqeyini öyrənmək istəsək də, bu cəhdlərimiz alınmadı. Onun qardaşı Mejdun Şükürova yaxın olan şəxs isə bu barədə danışmaqdan imtina edib: “Xahiş edirəm, belə söhbətlərə bizi qatmayın…”.

Həmçinin oxuyun

Afaq Bəşirqızı- Azərpaşa davası: kim haqlıdır? – RƏYLƏR

Xalq artisti Afaq Bəşirqızı teatrın ümumi problemləri və aktyorlar məsələsini yenidən gündəmə gətirib. Sənətkar Azərbaycanın …

Bir cavab yazın