Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Biznesmen məmurlar şantaja keçəcəklər!” – Deputatdan şok açıqlama

“Biznesmen məmurlar şantaja keçəcəklər!” – Deputatdan şok açıqlama

Məmurların biznes fəaliyyətinin qanuniləşdirilməsi ilə bağlı qanun layihəsi parlamentə daxil olmayıb.

Azinforum.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Zahid Oruc bildirib ki, bu təklifləri səsləndirənlərdə ümumi kontekst ondan ibarət deyildi ki, hər bir hökumət təmsilçisinin öz mövqeyini, işini kənara qoyaraq ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına hüquqi baza yaradılmalıdır:

“Həmin təklifin məqsədi o idi ki, həmin şəxslər bütün hallarda bu işi qeyri-rəsmi şəkildə həyata keçirirlər. Dünyada məmurların biznes fəaliyyəti ilə məşğul olmasına münasibət fərqlidir. Rusiyada son illərdə bununla bağlı qanun leqallaşdırıldı. Bir çoxları bunu siyasi qərar kimi dəyərləndirirdilər. Yaxud da Amerikanın yüzillik tarixində minlərlə nümunə gətirmək olar ki, dövlət rəhbərləri və ya onların komandaları biznes sektorlarından hakimiyyətə daxil olublar. Bu gün orada kimsə hökumətdən biznesə, yaxud da biznesdən hakimiyyətə keçə bilir”.

Azərbaycanda bu qanunun qəbul edilməsinin əleyhinə olduğunu vurğulayan millət vəkili hesab edir ki, məmurların biznes fəaliyyətini reallaşdırsaq, burada növbəti qanunları qəbul etmək daha da çətinləşəcək: “”Antikorrupsiya haqqında” qanunda mühüm sənədlər var, amma hələ ki, qəbul edilməyib. Onun biri “Maraqların toqquşması haqqında” qanun layihəsidir. Bu o deməkdir ki, müxtəlif qurumlar iqtisadi sferada hər hansı daxili sirlərə malik olurlar. Məsələn, Əmlak Komitəsinin keçmiş sədrlərindən biri olmuş Barat Nuriyev vaxtilə çek bazarında gedən prosesləri bilərək yaxınları tərəfindən bazarda olan çekləri aldırmışdı və nəticədə 1 milyon dollar qazanmışdı. Daxili sirlərin yayılmaması haqqında qanun olmadığından kimsə buna görə cinayət işi qaldıra bilməz. Halbuki o həmin dövrlərdə məmur idi. Əgər biz hökumət üzvlərinin hər birinin biznes fəaliyyətini tamamilə tanısaq, bu halda korrupsiyaya qarşı mübarizə daha da çətin olacaq. İkincisi, himayə altında olan sahibkarlıq fəaliyyəti daha da güclənəcək. Üçüncüsü, bu öz-özlüyündə siyasi nəticələr doğuracaq. Biznesə malik olan məmur ordusu sonradan real siyasi iddialara malik olacaq. Paralel hökumətə çevriləcəklər. Ən azı 42 villanın sökülməsi ilə bağlı məsələdə Bakı meri səsləndirdi ki, onların əksər yaxınları hökumət adamlarıdır. Bu o deməkdir ki, sabah da onların fəaliyyəti ilə bağlı problemlər meydana çıxanda öz resurslarını dövlətin əleyhinə işlətməyə başlayacaqlar, hakimiyyəti şantaj edəcəklər, cinayətkar əməllərinə haqq qazandırmağa çalışacaqlar”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın