Bazar ertəsi , Noyabr 19 2018
Ana səhifə / Cəmiyyət / “Biznes qadınlarda özünə inamı artırır” – Nazir müavini

“Biznes qadınlarda özünə inamı artırır” – Nazir müavini

“Qadınlar biznesə cəlb olunduqca onların özlərinə inamı artır”

Bunu Azvision.az-a açıqlamasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. O bildirib ki, qadının bizneslə məşğul olan zaman ailədən kənarda qalması haqqında fikirlər formalaşıb.

“Düşünürlər ki, bizneslə məşğul olan qadın ailəsinə vaxt ayıra bilmir. Hesab edirəm ki, bu, belə deyil. Şəxsi biznesi olan qadın evindən də çalışa bilər. Belə olanda onun ailəsinin yanında olması və uşaqlarına daha çox vaxt sərf etməsinə imkan yaranır. Eyni zamanda dövlət tərəfindən müvafiq infrastrukturun yaradılması, uşaqların qayğısına qalmaq üçün bağçaların təmir olunması, yeni bağçaların açılması, onların şəbəkəsinin genişləndirilməsi işləyən, sahibkar qadınlara kömək edir. Bundan əlavə, Qadın Sahibkarların Assosiyası da qadın sahibkarların artımına təkan olacaq”.

S.Həsənova qeyd edib ki, qadınların iqtisadiyyata cəlb edilməsi XXI əsrin çağırışlarındandır. Onun sözlərinə görə, iqtisadi inkişaf qadınların fəallaşmasına şərait yaradan ən əsas amillərdəndir.

VIPedu.BIZ

Həmçinin oxuyun

İki rəsmi qurum bir-birini ittiham etdi – VİDEO

Noyabrın 17-də sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xəttu üzrə dövlət qeyddiyyat nişanı 99 JZ …