Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Bizi məcbur edəcəklər ki, səhmdarları ermənilər olan şirkətlə əməkdaşlığı davam etdirək?”

“Bizi məcbur edəcəklər ki, səhmdarları ermənilər olan şirkətlə əməkdaşlığı davam etdirək?”

“Yalançının yaddaşı olmaz – əvvəl deyirdi işdən çəkilmək üçün ona 200 min manat təklif etmişəm, indi 300 min manata qaldırıb. Yəqin ki, bir müddətdən sonra 500 mindən dəm vuracaq. Bunlar Aslan İsmayılovun ürəyindən keçənlərdir, reallıqla heç bir əlaqəsi yoxdur. Ola da bilməz. O, bu yalanlarla guya öz dəyərini artırmaq, əvəzedilməz, prinsipial vəkil olduğunu nümayiş etdirmək, bunula da öz “bazarını” qızışdırmaq istəyir. Amma onun vəkil kimi bir uğurunu xatırlayan varmı? Son illər hansısa işdə uğur qazanıbmı? Yoxdur! Elə isə hansı məntiqlə mən bu uğursuz vəkilə o qədər pul təklif etməliyəm?”

Bunları iş adamı, “Xəmsə” restoranlarının sahibi Mürvət Həsənli vəkil Aslan İsmayılovun yeni açıqlamalarına münasibət bildirərkən deyib. Azinforum.az  “Azpolitika”ya istinadən həmin yazını təqdim edir.

“Ad çəksin…”

M.Həsənli ilə Türkiyənin “Emre Piliç” şirkəti arasında məhkəmə çəkişməsi var. A.İsmayılov bu çəkişmədə səhmlərinin 30 faizi ermənilərtə məxsus olan “Emre Piliç” şirkətinə vəkillik edir və sosial şəbəkələrdə, KİV-lərdə Mürvət Həsənliyə qarşı kampaniya aparır. A.İsmayılov sonuncu müsahibəsində deyib:
“Notariusa sənəd imzalamağa gedəndə Mürvət mənə bu işdən çəkinməyim üçün 300 min dollar təklif etdi. Buna tərəf tərs baxan kimi də dərhal əlavə etdi: “Aslan müəllim, hamı sizi ona görə istəyir ki, pulla almaq mümkün deyil”. İndi mənə qarşı iddialar irəli sürür ki, guya mən Ömür Oraldan 200 min alıb Azərbaycanın maraqlarını erməniyə satıram. İndi də onu buraxıb məni təhdid edir. Halbuki, ölkədə nə qədər tanınmış yazıçı, jurnalist, mədəniyyət xadimi var, hamısını mənim üstümə minnətə salmışdı”.

M.Həsənli deyir ki, vəkilin bu iddiası ağ yalandır. Nə ona pul təklif edib, nə də yanına minnətçi göndərib. “Əvvəla, buna əsas yoxdur. A.İsmayılovun bu işdə “Emre Piliç” şirkətini müdafiə etməsinin ümumi gedişata heç bir təsiri olmayacaq. Çünki mən haqlı tərəfəm və məhkəmədən sonra hamı bunun şahidi olacaq. KİV-lərdə səsləndirdiyi böhtanlara görə isə o, məhkəmə qarşısında cavab verəcək. Bildiyiniz kimi, artıq onu məhkəməyə vermişəm.
İkincisi, yenə də yalan danışır, böhtan atır. Kimləri onun yanına göndərmişəm, ad çəksin. Niyə ad çəkmir? Ona kimsə nəsə deyibsə də, bunun mənə aidiyyatı yoxdur. Əksinə, son günlər onun özü mənə müxtəlif kanallarla eşitdirir ki, daha bu işdə yoxam. Amma mən buna heç bir əhəmiyyət vermirəm. Məhkəmə iddiamı da geri çəkmək niyyətində deyiləm. A.İsmayılov böhtanlarına görə cavab verəcək və layiqli cəzasını alacaq”.

“Məgər cənab Ərdoğanın işi-gücü yoxdur?”

Aslan-ISM

A.İsmayılov sonuncu müsahibəsində həmçinin iddia edib ki, “Emre Piliç”lə Mürvət Həsənlinin borc qalmaqalı Türkiyə hökumətinin gündəminə çıxarılıb. Sitat: “Emre Piliç”in sahibi Ömür Oral Türkiyənin İş Adamları Birliyinin üzvüdür. Onlar bu məsələylə bağlı Türkiyə hökumətinə müraciət ediblər. Hökumətin ən yüksək səlahiyyətli şəxslərindən birinin vasitəsilə Azərbaycan hakimiyyəti qarşısında məsələ qaldırmaq niyyətindədirlər. Yəqin ki, bu ay, ya da gələn ay Türkiyənin nümayəndə heyəti məhz bu işə görə Azərbaycana gələcək. Bundan əlavə, Türkiyə səfirliyi də eyni məsələ ilə bağlı nota verib.
Mənim bildiyimə görə, Türkiyə dövlət başçısının Azərbaycan Prezidentinə də bu barədə məktubu olacaq…”

M.Həsənli deyir ki, bunlar da A.İsmayılovun uydurmasıdır. “Türkiyə hökumətinin üzvləri məsələ qaldırıb nə deyəcəklər? Bizi məcbur edəcəklər ki, səhmdarları ermənilər olan şirkətlə əməkdaşlığı davam etdirək? Ya məhkəmənin əvəzindən qərar verəcəklər? Prezident İlham Əliyev atdığı bütün addımlarında müstəqil dövlətin müstəqil prezidenti olduğunu sübut edib! Bu müddət ərzində beynəlxalq təşkilatlar da, böyük-kiçikliyindən asılı olmayaraq, digər dövlətlərin siyasi xadimləri də İlham Əliyevə təzyiq göstərməklə nəyəsə nail olmağın qeyri-mümkünlüyünü birdəfəlik dərk ediblər. Məgər cənab Ərdoğanın işi-gücü yoxdur ki, Orallarla mənim borc mübahisəmlə məşğul olsun? Bu nə səviyyəsiz uydurmadır? Bir daha deyirəm ki, bizim məsələmiz ancaq məhkəmə müstəvisində, hüquqi yolla öz həllini tapacaq. A.İsmayılovun “Feysbuk” “qəhrəmanlığının” heç bir nəticəsi olmayacaq. Əksinə, bununla həm özünə, həm də müdafiə etdiyi yarıerməni şirkətinə əlavə problemlər yaradacaq”.

“Ömür Oral kimdir ki, quşçuluğun inkişafı onun adına bağlansın?”

M.Həsənli vəkilin “Azərbaycanda toyuqçuluq sahəsinin inkişafı “Emre Piliç”in adıyla bağlıdır” iddiasına da münasibət bildirib. A.İsmayılılov həmçinin iddia edib ki, Azərbaycanda “Quş qripi” təhlükəsi yarananda “Emre Piliç”in Ömür Oral başda olmaqla mütəxəssisləri Azərbaycana gəliblər. Qripə qarşı mübarizənin yolunu bizim şirkətlərə onlar öyrədiblər.
M.Həsənli isə quşçuluğun inkişafının “Emre Piliç” adıyla bağlanmasını yalnış hesab edir.
“Azərbaycanda quşçuluğun inkişafında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Azərbaycanda quşçuluğun inkişafı tarixi 1970-ci ildən başlayır.
Heydər Əliyev 1969-cı ildə hakimiyyətə gəldi və cəmi 1 il sonra digər sahələr kimi quşçuluğun inkişafına da xüsusi diqqət göstərməyə başladı. Həmin illərdə yaradılmış Giləzi, Qaraqaşlı, İmişli, Biləsuvar və digər fabriklərin bərpa işlərini öz nəzarətinə götürüb. 1975-ci ildə “Dəvəçi broyler”in yaranması da xüsusi bir məqam idi. 1982-ci ildə indiki “Siyəzən broyler”in təməli qoyulub. 1979-1980-ci illərdə respublikada 2 700 ton ət istehsal olunurdu. 1980-ci illərdən sonra “Siyəzən broyler” fabriki yarandı və ət istehsalı rəsmi rəqəmlərlə 40 min tonu keçdi. Ulu Öndərin birbaşa həmin sahəyə daha bir töhfəsi o idi ki, o, quşçuluğu kənd təsərrüfatından ayırıb, Quşçuluq sənayesinin yaradılması istiqamətində ciddi işlərin görülməsi tapşırıqlarını vermişdir. Bu, birbaşa Nazirlər Kabinetinin tərkibində idi.
Cənab prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra da quşçuluğun inkişafı sürətlə irəli getdi. Beləki, illik istehsal gücü 55 min ton quş əti və 248.5 milyon ədəd yumurta olan 39 quşçuluq fabrikinin istehsal gücünün genişləndirilməsinə və əlavə olaraq 5 damazlıq, 1 əmtəəlik və 9 broyler fabrikinin istifadəyə verilməsinə son illər ərzində 98 milyon manat güzəştli kredit verilib.
İki il öncəyə nəzər salaq. 2014-cü ildə respublika üzrə istehsal olunmuş 99.4 min ton quş ətinin 64.0 min tonu , 1562.7 mln ədəd yumurtanın 703.3 mln ədədi sənaye üsulu ilə istehsal olunmuşdur.

Ötən il isə illik quş əti istehsalı 100 min tona, yumurta istehsalı 1,5 milyard ədədə çatıb. Ölkə əhalisinin quş məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin olunur. Aslan İsmayılov bu qədər böyük işlərin üstündən xətt çəkib, quşçuluğun inkişafını hansısa türk şirkətinə bağlayır. Ömür Oral kimdir ki, Azərbaycanda quşçuluğun inkişafı onun adına bağlansın? Əksinə, “Emre Piliç” Azərbaycan quşçuluğuna bəzən zərbə də vurub. Bu şirkətlə əməkdaşlıq edən müəssisələr bunu yaxşı bilir”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın