Ana səhifə / Cəmiyyət / “Bizdəkilər 4G-yə, qonşu ölkələrin mobil operatorları 5G-yə yatırım edirlər”

“Bizdəkilər 4G-yə, qonşu ölkələrin mobil operatorları 5G-yə yatırım edirlər”

“Bizim operatorlarla qonşu ölkələrin operatorlarının prioritet mövzuları arasında kəskin  texnoloji fərqlər var”.
Bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz özünün Feysbuk hesabında yazıb.
O bildirib ki, Qazaxıstan, Ermənistan, Gürcüstan və digər ölkələrin mobil operatorları 5G şəbəkəsinə investisiyalar yatırdığı halda Azərbaycanda bu sahədə görülən işlər düşündürücüdür:
“Rəqəmlərə diqqət yetirdikdə görmək olar ki, dövlət şirkəti olan “Azercell” həqiqətən də son bir-iki ildə 4G şəbəkəsini xeyli yeniləyə bilib. Onlarla yeni baza stansiyası quraşdırıb, yüzlərlə baza stansiyasını təkmilləşdirib.
Amma burada ciddi düşündürücü məqam var. Qonşu ölkələrin operatorları da  bu tip açıqlamalar verirlər və biz onları da diqqətlə izləyirik. Bizim operatorlarla onların prioritet mövzuları arasında kəskin  texnoloji fərqlər var. Qazaxıstan, Ermənistan, Gürcüstan və digər ölkələrin mobil operatorları investisiyalarını 5G-yə yatırırlar. Müzakirələr bu istiqamətdədir.
Onların qlobal şirkətlərlə, “Huawei”, “Nokia”, “Eriksson” və digərləri ilə əməkdaşlıqları məhz bu yöndədir. Ümid edirəm İKTA (İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi) və mobil operatorlarımız da bu fərqləri görürlər”.

Həmçinin oxuyun

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb

Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya …