Şənbə , İyun 6 2020
Ana səhifə / Cəmiyyət / “Biz bu virusla yaşamalı olacağıq” — İlham Əliyev

“Biz bu virusla yaşamalı olacağıq” — İlham Əliyev

“Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq”.

Bu sözləri Prezident İlham Əliyev “Signify” şirkətinin təşəbbüsü ilə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri ilə keçirdiyi videokonfrans zamanı səsləndirib.

Dövlət başçısı bildirib ki, bu ehtiyat tədbirləri artıq bizim həyatımıza çox uzun müddətə daxil olub: “Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var. Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib”.

Həmçinin oxuyun

Bakıda yol polisi yaralı qadına kömək etdi – VİDEO

Bakıda polis əməkdaşları yaralı qadına kömək ediblər.  Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə …