Ana səhifə / Cəmiyyət / “Bizə kimsə fanat ordusu, bahalı həyat, rahatlıq söz verməmişdi axı…” – Aysel Əlizadə

“Bizə kimsə fanat ordusu, bahalı həyat, rahatlıq söz verməmişdi axı…” – Aysel Əlizadə

“Blogerin fanat ordusunu görən inqilabçılar, yazarlar, intellektuallar təəssüf postları paylaşır, bayaqdan ard-arda qarşıma çıxır. Nədən narazısız, əzizlər? Bizə kimsə fanat ordusu, bahalı həyat, rahatlıq söz verməmişdi axı. Yolumuzu özümüz seçmişik”.

Bunu yazıçı Aysel Əlizadə bildirib.

“Hamımız ölkəmizdə daha yaxşı yaşamaq, daha populyar olmaq, daha böyük imkanlar qazanmaq üçün nələr etmək lazım olduğunu bilirik… Nə və necə yaşayırıqsa, könüllü seçimimizdir. Freyd deyib: Situasiyanı dəyişə bilmirsənsə ona yanaşmanı dəyiş. Məsələn, yazmağa başlayanda bilirdim ki, ölkəmdə kitab aktual deyil, məni komfortlu həyat gözləmir, seçimim konkret oldu: yazanda xoşbəxtəm, vəssalam. Xalqım bütünlükdə kitaba maraq göstərmirsə, oxumursa bu bəlkə də böyük dərddir, amma indinin dərdi deyil. Əlbəttə, effektli kitab siyasəti daha fərqli vəziyyət yaradardı. Nə etməli?  Oxuyanlar üçün yazıram, məni dinləyənlər üçün danışıram, qalanlarını da, situasiyanı da rahat buraxmışam. Yeri gəlmişkən, neçə vaxtdır paylaşım etmirəm, narahat olan insanlar var, onlar üçün deyim: sağlığımla bağlı əməliyyat keçirmişəm, dincəlirdim. İndi yaxşıyam, daha yaxşı olacam. Daha yaxşı olacaq…” – A.Əlizadə qeyd edib.

Həmçinin oxuyun

`Fransa səfiri yazıçı Kəramət Böyükçöllə görüşdü

Fransanın Azərbayandakı səfiri Zakari Qross yazıçı Kəramət Böyükçöllə görüşüb. Bu barədə öz “Twitter” hesabında paylaşım …