Ana səhifə / Cəmiyyət / Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) nəzdində yaradılmış Parlamentin ilk iclası keçirilib

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) nəzdində yaradılmış Parlamentin ilk iclası keçirilib

BUAK-ın nəzdində yaradılmış parlamentin ilk İclasında qonaq qismində iştirak edən Ukrayna Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy çıxış edərək, Ukrayna Azərbaycananlıları Konqresinin Ukraynanın ictimai, mədəni həyatında tutduğu yüksək mövqedən söz açıb. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişaf etdirilməsində diasporamızın misilsiz xidmətlər göstərdiyini vurğulayan deputat Konqresin nəzdində yaradılmış Parlamentə xeyir dua verərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Toplantıda çıxış edən Diaspora işi üzrə Dövlət Komitəsinin şöbə müdiri Sürəddin Hümbətov Azərbaycan diasporunun Ukraynanın dövlət və hökumət strukturalarına inteqrasiya mexanizminin hazırlanması və bu istiqamətdə qanun bazasının möhkəmləndirilməsi üçün konqresin nəzdində yaradılmış parlamentin qarşısında duran mühüm vəzifələrdən danışıb.
Qurumun bir ilik fəaliyyəti haqqda hesabat məruzəsi ilə çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev,Azərbaycan diasporunun fəaliyyətinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğun qurulması üçün yeni inkişaf proqramının hazırlandığını bildirib. Konqresin nəzdində nüfuzlu şəxslərdən,elm və iş adamlarından ibarət parlamentin yaradıldığını vurğulayıb.

Toplantıda Konqresin qanunverici orqanının funksional fəaliyyət mexanizmi geniş müzakirə olunub. Səsvermə yolu ilə Konqresin parlamentinə sədr,müavinlər və 30 nəfərdən ibarət üzvlər çeçilib. Akif Gülməmmədov qrumun parlament sədri, Nəcəf Əhmədov, Eduard Bağırov, Mehriban Salmanova və İlhamə Allahverdiyeva isə sədr müavinləri seçilib. Qeyd olunub ki, Konqresin Parlamenti ildə ən azından 2 dəfə toplaşaraq, diasporun qarşısında duran məsələləri müzakirə edəcək.
Toplantıda son dövrlər Azərbaycanın bir sıra sayt və portallarında Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev,qurumun digər region sədrləri və nüfuzlu şəxsləri haqqında aparılan şər və böhtan kampaniyası geniş müzakirə edilib. Bu çirkin və yaramaz kampaniyada əli olanların aşkarlanması və qanun qarşısında cəzalandırılması üçün Azərbaycan və Ukraynanın xüsusi təhlükəsizlik orqanlarına və bir sıra aidiyyəti qurumlarına müraciət qəbul olunub.Qərara alınıbki,sifarişli şər və böhtan kompaniyasına qoşulan sayt və portalların rəhbərləri mətbu orqanlarında rəsmi üzr istəməsələr onların Ukraynaya girişinə qadağan qoyulması haqqda Ukraynanın müvafiq orqanlarına müraciət olunacaq.

Parlamentin ilk iclasında,həmçinin, 2002-ci ildə Kiyev şəhər meriyası tərəfindən Ukrayna Azərbaycanlıları Konqresinə ayrılmış binanın 2005-ci ildə başqa bir firmanın adına keçirilərək satilması məsələsi geniş müzakirə obyekti olub. Konqresə ayrılmış Azərbaycan Mədəniyyət Mərkəzinin geri qaytarılması üçün müvafiq orqanlara yazılı müraciət hazırlanıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Mətbuat Xidməti

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın