Çərşənbə , May 22 2019
Ana səhifə / Cəmiyyət / Biri 700 bal, yeddi nəfər isə 600-ü keçib – Eyni sinifdə oxuyurlar

Biri 700 bal, yeddi nəfər isə 600-ü keçib – Eyni sinifdə oxuyurlar

Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin 11 A sinfinin şagirdləri ötən gün keçirilən qəbul imtahanında yüksək nəticələr əldə edib.

“Qafqazinfo” xəbər verir ki, belə ki, 1 şagird 700 bal, qalan 7 şagird isə 600-dən yuxarı nəticə göstərib.
700 bal toplayan şagird Vasif Əsədovdur. Sabrina Yolçuyeva 656, Ramil Ağayev 655, Səbinə Kərimova 635, Murad Hacıyev 620, Rəşad Musayev 616, Kənan Məmmədov 610, Ceyran Mehdiyeva isə 605 bal toplayıb. Sinifdə ümumlikdə 27 şagird təhsil alır.

Qeyd edək  ki, bu nəticələr şagirdlərin özləri və müəllimləri tərəfindən hesablanmış ilkin cavablardır.  Dövlət İmtahan Mərkəzi tərəfindən rəsmi cavablar isə sabah elan olunacaq.

Həmçinin oxuyun

Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə …