Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Bir tarixi foto – Heydər Əliyev və İsa Qəmbər 24 il öncə

Bir tarixi foto – Heydər Əliyev və İsa Qəmbər 24 il öncə

Bu şəkil 24 il öncə çəkilib. Bəlkə də ilk dəfə dərc olunur. 

Şəkli mərhum prezident Elçibəyin yaxınlarından olan Çingiz Özgür sosial şəbəkədə paylaşıb.
Bu foto 1992-ci ilin may ayının 28-də Naxçıvanın Sədərək rayonunda, muxtar respublikanı qardaş Türkiyə ilə birləşdirən “Ümid” körpüsünün açılışı zamanı lentə alınıb.
Həmin vaxt 35 yaşlı İsa Qəmbər Azərbaycan parlamentinin sədri və prezident səlahiyyətlərinin icraçısı, 69 yaşlı Heydər Əliyev isə Naxçıvan parlamentinin sədri, Azərbaycan Respublikasının Milli Məcslinin sədr müavini idi.
Bununla belə, Türkiyə mediası onu “Naxçıvan prezident”i adlandırırdı.
Həmin görüşdə Türkiyənin baş naziri Süleyman Dəmirəl də iştirak edib və istər ağsaqqal Əliyevə, istərsə də gənc İsa Qəmbərə hörmət və sayğı nümayiş etdirib.
O zaman (elə indi də) “Ümid” körpüsü blokadada qalan Naxçıvan üçün həyati əhəmiyyət daşıyırdı və insanlarda gerçəkdən də böyük ümid yaratmış, dar gündə nicat keçidi olmuşdu.
Fotodan aydın şəkildə görünür ki, Heydər Əliyevi gənc  spikerə rəğbətlə baxır. İsa Qəmbər isə ona ciddi nəzərlərlə baxır. Onlar qucaqlaşmasalar da, həm əl sıxışıblar, həm də bir-birinin qolundan yapışıblar. Bu, o qədər də yaxın münasibəti olmayan, ancaq bir-birinə sayğıyla yanaşan adamların jestidir.
Heç kəs cəmi bir ildən sonra bu şəxslərin yollarının necə ayrılacağını təxmin edə bilməzdi.
Bu fotonun çəkilməsindən 13 ay sonra tale elə gətirdi ki, Heydər Əliyev İsa Qəmbərin tutduğu postda oturdu və İsa Qəmbər həbs olunaraq Gəncəyə aparıldı.
Qiyamçı polkovnik Surət Hüseynov Heydər Əliyevdən edamın istədiyi üç adamdan biri də İsa Qəmbər idi (digər ikisi  – Elçibəy və Pənah Hüseyn). Lakin bu ssenari baş tutmadı.
Bəlkə də İsa Qəmbər haqqında edam qərarının verilməsinə mane olan iki səbəbdən biri məhz bu şəkildəki mənzərəydi – ahıl siyasətçinin gənc siyasətçiyə olan rəğbəti…

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın