Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / “Bir kişi xanımının xəyanət videosunu yayırsa, bu insanlığın ölümü deməkdir…”

“Bir kişi xanımının xəyanət videosunu yayırsa, bu insanlığın ölümü deməkdir…”

Xəbər verdiyimiz kimi onlayn mediada arzuolunmaz görüntü və materialların yayımlanmaması üçün tədbirlərin görülməsi vurğulanır. Onlayn mediada çalışan həmkarlarımızın peşəkarlığının artırılması üçün müxtəlif treninq və seminarlarda iştirak etməsi təklif olunur. 
Bəs, görülən tədbirlər bunun qarşını ala biləcəkmi?
Moderator.az-ın sualını cavablandıran “Ulduz” jurnalının baş redaktoru, əməkdar jurnalist Qulu Ağsəs bu sahədə bir çox problemlərin olduğunu bildirdi:
“Bununla bağlı hələ ki, konkret nəsə demək absurd məsələdir. Bizdə jurnal olduğuna görə, onlayn xəbərlər olmadığı üçün bu problemlərdən min ağac uzağıq, amma sosial həyatın içində olduğum üçün buna həm də min ağac yaxınıq. Əlbəttə, bu cür təşəbbüslər təqdirəlayiqdir.  Onlayn jurnalistikada bu kimi problemlərin qarşısı alınsa da,  rəsmi jurnalistika ilə yanaşı “xalq jurnalistikası” deyilən böyük bir toplum var. Adamlar yanğın, intihar və s. hadisələri jurnalistdən qabaq çəkirlər. Saytlar da həmin görüntüləri sosial şəbəkələrdən götürürlər. Görülən tədbirlər işin 10-15 faiz qarşısını alacaq, amma yerdə qalan 90-95 faizi yenə öz işində qalacaq. Yadımdadır ki, “Papanin” körpüsündə intihar etmək istəyən bir şəxsi fikrindən daşındırmaq əvəzinə, adamlar onunla selfi çəkdirirdilər. Bu hadisəni görəndə çox kədərləndim, çünki 30 il bundan öncə adamlar belə hadisə görəndə onu xilas edərdilər. Bu isə cəmiyyətin hər hansı bir insan faciəsinə laqeydliyindən xəbər verir. İnsanlar belə hadisəni tirajlamaq üçün sanki yarışa giriblər. 
“Sahil” metrosunun yanında yanğın hadisəsi baş vermişdi və adamlar hamısı onu telefonun kamerasına çəkirdi, yəni heç kimin 112-yə zəng etdiyini görmədim. Bu gün belə çəkilişləri aparanlar jurnalist deyillər, müəllim, inşaatçı və s. peşə sahibləridir. Onların borcu isə insanlıq vəzifəsidir ki, onu da yerinə yetirmirlər. Onlayn medianın sosial şəbəkədəki materialları tirajlamamaq öhdəliyi işin çox kiçik bir hissəsidir. Sosial şəbəkələri bu gün idarə etmək mümkün deyil. Bir müddət öncə xanımının əxlaqsız hərəkətini yayan şəxsin videosuna rast gəldim. Bir kişi  arvadının belə bir videosunu yayırsa, bu artıq insanlığın ölümüdür. Bəs, bunun necə qarşısını alacaqlar?” 

Həmçinin oxuyun

İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri… – FOTOLAR

Dünən işğaldan azad edildiyi açıqlanan Zəngilan rayonunun Mincivan qəsəbəsinin fotolarını təqdim edirik.Xatırladaq ki, Mincivan qəsəbəsi …