Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Bir ildə sərhədi keçənlərin sayı 2 milyon nəfər artıb

Bir ildə sərhədi keçənlərin sayı 2 milyon nəfər artıb

Ölkəmizin artan turizm potensialı fonunda 2018-ci ildə sərhədi keçən fiziki şəxslərin ümumi sayı 15 milyon 500 min nəfər olmaqla 2017-ci illə müqayisədə 2 milyon nəfər artıb və bu şəxslərə Dövlət Sərhəd Xidməti ilə birlikdə gücləndirilmiş iş rejimində xidmət göstərilib

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib. 

Komitə sədri qeyd edib ki, cari ildə yeni innovasiya tipli layihələrin həyata keçirilməsi ilə vətəndaş məmnunluğunun təmin edilməsinə və ticarət dövriyyəsinin daha da artırılmasına nail olunacaq. 

Həmçinin oxuyun

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb.  Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor …