Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Bir ailəni ölümdən xilas edən azərbaycanlı qardaşlara mükafat verildi – FOTO

Bir ailəni ölümdən xilas edən azərbaycanlı qardaşlara mükafat verildi – FOTO

Ukraynada həyatlarını təhlükəyə ataraq, yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar Ümid və Sabir Şirinov “Müqəddəs Nikolay Xaçı” ordeni ilə mükafatlandırılıb.

Belə ki, azərbaycanlı qardaşlar Ukraynanın Nikolayev vilayət şurasının rəhbəri Viktoriya Moskalenko tərəfindən təltif olunublar. Bu mükafat əsasən Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü qoruyan, insanların həyatlarını xilas edən şəxslərə verilir. 

Xatırladaq ki, yanvarın 19-da Ümid və Sabir Şirinov qardaşları Zayçevski kəndi yaxınlığında yanan avtomobildən bir ailənin üç üzvünü çıxararaq onları ölümdən xilas ediblər. Qardaşların qəhrəmanlığı Ukraynada böyük rəğbətlə qarşılanıb.

Azvision.az

Həmçinin oxuyun

Torpaqlarımızın 7-8%-i tam azad olunub

“İndiyə kimi işğal altında olan torpaqlarımızın təxminən 7-8%-i tam azad olunub”. Bu barədə Modern.az-a iqtisadçı Natiq …