Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Binəqədi polisində insident- Qapı və pəncərələr sındırıldı

Binəqədi polisində insident- Qapı və pəncərələr sındırıldı

Bakıda maraqlı hadisə baş verib. Bölməyə dəvət edilən şəxs oranın qapısını sındırıb. Daha sonra isə polis mayoru ilə dava edib. Ən maraqlısı isə odur ki, sonda tam sərbəst buraxılıb.

 Azinforum.az ” musavat.com – a istinadən xəbər verir ki, bu hadisə Binəqədi RPİ 40-cı polis bölməsində baş verib.

R.Allahverdiyev küçəsində yaşayan Rafiq Əliyev “102 xidməti”nə zəng edərək kirayədə yaşayan qonşusunun onu ölümlə hədələdiyini bildirib.

Şikayət əsasında qonşu bölməyə dəvət edilib. 24 yaşlı Rəşad Zeynalov sərxoş vəziyyətdə polis bölməsinə gəlib. Orada bölmənin giriş qapısını və pəncərənin şüşəsini sındırıb.

Daha sonra isə R.Zeynalov növbətçi polis mayoru İlqar Həsənovla mübahisə edib, ona müqavimət göstərib.

Gecə saatlarında polis bölməsinə dəvət edilən R.Zeynalovun ifadəsi alındıqdan sonra o, sərbəst buraxıb.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın