Ana səhifə / Cəmiyyət / Binəli Yıldırım Bakıda ehsan payladı (VİDEO)

Binəli Yıldırım Bakıda ehsan payladı (VİDEO)

Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycanda, Bakıda Şəhidlər Xiyabanının yaxınlığındakı “Şəhidlər” məscidində cümə namazı qılıb.
Sputnik Azərbaycan “Mynet”ə istinadla xəbər verir ki, Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. TBMM sədrini Qırğızıstan Məclis sədri Dastanbek Cumabekov və Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə müşayiət edib.
Binəli Yıldırım namazdan sonra əhaliyə ehsan paylayıb.
O, deyib ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi yeganə yoldur: “Bu məsələdə Türkiyə Azərbaycanın haqlı davasının yanındadır. Bu münasibətlə 100 il əvvəl bu torpaqlar uğrunda canını fəda edən bütün şəhidlərimizə rəhmət diləyirəm. Burada 1132 şəhidimiz var. Türkiyənin sərhədləri xaricində ən böyük şəhidliyimiz buradadır. Bu məsciddə cümə namazı qılmaq xoşbəxtliyinə nail olduq”.
Binəli Yıldırım məscidin uzun müddətdir qapalı olduğunu bildirərək, “buranın yenidən ibadətə açılması sevindiricidir” deyib.


Həmçinin oxuyun

VII Muğam Televiziya Müsabiqəsi başa çatıb

Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatıb. Trend-in məlumatına …