Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Cəmiyyət / Big.az saytında dava düşdü – Pul mübahisəsi

Big.az saytında dava düşdü – Pul mübahisəsi

Online mediada yetərincə oxucu kütləsi olan Big.az saytının redaksiyasında dava düşüb.

Skrom.Net xəbər verir ki, bir neçə ay öncə saytın baş redaktoru vəzifəsinə gətirilən keçmiş aparıcı Ülviyyə Alovlu saytın redaktoru olan Aytən Həsənova ilə dalaşıb.

Məlumata görə, Ülviyyə Alovlu Aytən Həsənovanı otağına çağırıb, orada məsələ böyüyüb və birinci Həsənovanı vurmaq istəyib, üzərinə hücum çəkib, onu təhqir edib.

Söz-sözhəbətə səbəb isə, Ülviyyə Alovlunun Aytən Həsənovanı oğurluqda ittiham etməsidir. Belə ki, Ü.Alovlu iddia edir ki, A.Həsənova hansısa müştəridən rekalam adı ilə 1000 AZN pul alıb, amma bu haqda sayt rəhbərliyinə məlumat verməyib. Hətta Alovlu iddia edir ki, onun əlində hadisə ilə bağlı video var və həmin görüntülər onun sözlərini isbat edir. Baş redaktorun dediklərinə görə, ona bu videonu saytın keçmiş baş redaktoru Əfruzə Ağayeva verib.

Oğurluqda ittiham olunan Aytən Həsənova isə Ülviyyə Alovlunun sözlərini təkzib edib və məhkəməyə müraciət edəcəyini bildirib: “Bu gün çalışdığım Big.az saytının baş redaktoru Ülviyyə Alovlu tərəfindən təhqir və şər-böhtana məruz qaldım. Sırf işlə bağlı bir məsələyə görə o, üstümə cumdu, məni vurmaq istədi. İş yoldaşlarım mane olduqlarına görə istəyinə nail olmadı və başladı məni küçə söyüşləri ilə təhqir etməyə. Təbii ki, mən onun səviyyəsinə enmədim.

Amma o, yenə də sakitləşmədi, otaqda əlinə keçən hər şeyi üstümə atdı. Sonra da mənim xəbərim olmadan şəklimi facebookda paylaşıb, haqqımda təhqiramiz sözlər işlədib. Məni oğurluqda ittiham edib, şər atıb. Halbuki əlində heç bir dəlil-sübut yoxdur. Çünki onun yazdıqları yalan və iftiradır. Onun statusunda müdafiəmə qalxan bütün həmkarlarıma, dostlarıma təşəkkür edirəm.

Ürəyiniz rahat olsun, dostlarım, mən bu işi belə qoymayacağam. Onun cavabını öz səviyyəmə uyğun şəkildə verəcəyəm, məhkəməyə müraciət edəcəyəm. Mən söyüş və küçə jarqonu ilə danışmağı bacarmadığım üçün bu məsələnin qanunla həll olunmağının tərəfdarıyam”.

Həmçinin oxuyun

Afaq Bəşirqızı- Azərpaşa davası: kim haqlıdır? – RƏYLƏR

Xalq artisti Afaq Bəşirqızı teatrın ümumi problemləri və aktyorlar məsələsini yenidən gündəmə gətirib. Sənətkar Azərbaycanın …

Bir cavab yazın