Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Cəmiyyət / Beynəlxalq Bankın Ucar Şöbəsinin rəhbərliyinin FIRILDAĞI – əqli xəstənin adına kredit götürüb

Beynəlxalq Bankın Ucar Şöbəsinin rəhbərliyinin FIRILDAĞI – əqli xəstənin adına kredit götürüb

 Zərdab Rayon 20 Yanvar küçəsi, dalan 5 ev 4-ün sakini Məmmədova Dilşad Misir qızı mətbuat vasitəsi ilə ölkə prezideti İlham Əliyev cənablarına , Baş Prokror Zakir Qaralova və Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova müraciət edərək kömək istəyir. Şikayətçi dövlət instansiyalarına ünvanladığı məktubun bir nüsxəsini də Azinforum.az-a göndərib. Şikayəti olduğu kimi təqdim edirik:

“Bildirirəm ki ,Ucar rayonunda bir qrup mütəşəkkil bank fırıldağı ilə məşğul olan dəstənin başımıza gətiridiyi oyunlardan çarəsiz qalaraq özümü öldürmək istəyirəm .

Beynəlxalq Bankın Ucar rayon şöbəsi rəhbərliyi :Taryel müəllim , Bankın kredit işçisi Nuhov Valeh və Zərdab rayon sakini keçmiş kürəkənim Məmmədov Ruslan Fərhad oğlu əlbir olaraq həyat yoldaşım Məmmədov Seran adına kredit yazaraq sonuncu Məmmədov Ruslan Fərhad oğluna vermişlər.

Belə ki , 09 yanvar 2015 ci ildə qızımın əri Məmmədov Ruslan bizə gələrək kredit götürmək fikrində olduğunu mənə bildirdi və həyat yoldaşımın adına bankdan kredit verə biləcək bir tanışının olduğunu dedi ancaq mən buna etirazımı bildirdim . Məmmədov Ruslan mən evdə olmadığım müddətdə xəbərim olmadan həyat yoldaşımı banka apararaq adına kredit rəsmiləşdiriblər .

Həyat yoldaşım Məmmədov Seran Nadir oğlu 2002 ci ildə beyin infaktı keçirdikdən sonra, fiziki olaraq özünü idarə etməkdə çətinlik çəkir və  onda əqli zəiflik yaranıb. Elə həmin xəstəliklə də 2 ci qrup əlil kimi sosial müavinət alır. Daha sonra isə tibbi komissiya vaxtı TSEK həyat yoldaşımın vəziyyəti ağır olduğu üçün, onu 1 ci qrup əlil kimi qeydiyyata aldı.

Krediti götürdüyü müddətdən sonra ,bir iki ay ödəniş edən Məmmədov Ruslan Fərhad oğlu kredit ödənişin dayandırıb və bundan sonra başımıza oyun gəldiyindən xəbərdar olmuşuq. Belə ki, həyat yoldaşımın xəstəliklə aldığı müavinət bank tərəfindən avtomatik olaraq götürülməyə başlanıldı.

Cənab prokuror, kredit həyat yoldaşımın adına yazılsa da, zamin duran şəxs və krediti faktiki götürən Ruslanın anasıdır. Belə ki , Ruslan kredit götürülən zaman zamin lazım olduğu üçün bank işçisinin məsləhəti ilə saxta şəkildə öz anasınıda zamin olaraq kredit müqaviəsinə yazdırıb.

Artıq dərəcədə xahiş edirəm, Beynəlxalq Bankın Göyçay Filialı Ucar Şöbəsi rəhbəri Taryel müəllimi, bankın kredit mütəxəssisi əsəas fırıldaqçı Nuhov Valeh, krediti götürən Məmmədov Ruslan haqqında cinayət işi açılsın və kredit müqaviləsi zamanı zamin kimi rəsmiləşdirilmiş şəxsi, kredit götürülən zaman Zərdab rayonudan Ucar rayonuna həyat yoldaşımı və Ruslanı taksi kimi aparan taksi şoferi və bu işdən xəbərdar olan digər şəxslər araşdrılaraq istintaqa çağrılsın. Onlar şahid kimi dindirilsə o zaman həqiqətlər üzə çıxacaq”.

u1

u2

u3

 

Həmçinin oxuyun

“Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu”

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu” …

Bir cavab yazın