Ana səhifə / Cəmiyyət / “Beş qəpik pul qazanırıq, durum ağırdır, bir parça çörəyə görə məcburuq” deyənlər olacaq…

“Beş qəpik pul qazanırıq, durum ağırdır, bir parça çörəyə görə məcburuq” deyənlər olacaq…

Bu, Azərbaycan faunasına edilən hörmətsizlik deyil, Azərbaycana qarşı edilən hörmətsizlikdir və buna imkan yaradanlar cəzalandırılmalıdır, rəsmi qurumlar da, rəsmi şəxslər də, burası bəlli.

Bəs həmin ovçulara yerli əhalidən bələdçilik edənlər, yardımçı olanlar, yaxşı mövqeləri göstərənlər necə?

Onlara gecələmə yeri verənlər, süfrə açanlar, axşam ovdan qarşılayanlar, vurulan quşlara görə qonağları alğışlayanlar necə?

Niyə onlardan heç biri “olmaz, dayanın!” deməyib?

Məmurların təbiətə münasibətini bilirik, onların himayəsi altında ağaclara edilən genosidi demək olar ki, hər gün görürük, bəs özümüz?

Bilirəm, “beş qəpik pul qazanırıq, durum ağırdır, bir parça çörəyə görə məcburuq” deyənlər olacaq. Onda nə fərq var aramızda? Yalnız qazancın miqdarındamı?

Onlar daha bir villa, daha bir limuzin üçün icazə verirlər, biz bir parça çörəyə görə bələdçilik edirik?

Bəs balkonlardan zibil atanlar kimdir? Avtomobillərdən kola bankalarını atan kim?

Dediyim odur ki, hər bir əcnəbinin gəldiyi ölkəyə münasibəti yalnız rəsmi qurumların deyil, ilk öncə yerli insanların öz ölkələrinə, öz təbiətlərinə münasibətindən asılıdır.

Nəyə görə Sloveniyaya gedən küçəni zibilliyə bilməz? Çünki küçədən keçən adi bir sloveniyalı onu didər!

Budur problem…

Azər Qərib, Jurnalist

Həmçinin oxuyun

Tbilisidə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edildi – Fotolar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli …