Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Benzinin qiyməti yenidən qaldırılır

Benzinin qiyməti yenidən qaldırılır

Azərbaycanda benzinin qiyməti yenidən qaldırılır. Virtualaz.org-un məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, 92 markalı benzinin bir litri 90 qəpiyə olacaq.

Gözlənildiyinə görə, qiymətlərin artması haqda rəsmi məlumat gecə yarısından sonra elan olunacaq. Benzinin qiymətinin artmasının səbəbləri göstərilmir.

Qeyd edək ki, bu informasiya sosial şəbəkələrdə və Bakı şəhərinin küçələrində ajiotaj doğurub. Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, yanacaqdoldurma stansiyalarında böyük növbələri müşahidə olunur.

Onu da qeyd edək ki, hazırda AI 92 markalı benzinin qiyməti 0,7 manat təşkil edir. Yeri gəlmişkən, bundan əvvəl benzinin qiymətinin artması 2017-ci ilin yanvarında olub və benzinin idxal olunan markasına tətbiq edilib.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın