Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / “Belə də kişi olar?!” – Rəşid Mahmudov icra başçılarını “yıxıb-sürüdü”

“Belə də kişi olar?!” – Rəşid Mahmudov icra başçılarını “yıxıb-sürüdü”

Xəbər verdiyimiz kimi bir neçə gün öncə Ağstafanın icra başçısı və köməkçilərinin həbsi ölkədə rezonansa səbəb oldu. Aparılan islahatlar nəticəsində məlum oldu ki, artıq heç də əvvəlki kimi icra başçılarının özbaşınalıqlarına bu qədər göz yumulmayacaq.
Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bildirdi ki, ölkənin sərvətini talayan məmurların cəzalandırılması vacibdir:
“İcra başçılarına artıq bildirilməlidir ki, ölkənin sərvətini bu qədər talan etmək olmaz. Onlar insanlara xidmət etməlidir. Hansı rayon icra başçısı təyin olunurlarsa, başlayırlar ancaq özlərinə sərvət yığmağa. Fəhlənin maaş kartından pul qazanırlar, belə də kişi olar? Gənc icra başçıları inanmıram ki, bu cür addımlar atsınlar, amma uzun müddət bu sahədə işləyən adamlara nəzarəti qücləndirmək lazımdır. Bunlar yalan danışırlar, hamısının milyonları var. Elə ən çox pul o kirayədə qalıram deyən icra başçısındadır”.

Həmçinin oxuyun

İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri… – FOTOLAR

Dünən işğaldan azad edildiyi açıqlanan Zəngilan rayonunun Mincivan qəsəbəsinin fotolarını təqdim edirik.Xatırladaq ki, Mincivan qəsəbəsi …