Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / BDU-ya iki yeni prorektor təyin edilib

BDU-ya iki yeni prorektor təyin edilib

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.
Universitetdən “Report”a verilən məlumata görə, rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib.
Ali məktəbin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə isə Şahin Məhəmməd oğlu Pənahov təyinat alıb.
BDU-nun xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova isə universitetin Xarici dillər kafedrasında pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə öz arzusu əsasında tutduğu vəzifədən azad olunub.

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …