Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / BDU-nun yeni rektorundan tələbəyə qarşı şok addım – Video

BDU-nun yeni rektorundan tələbəyə qarşı şok addım – Video

Bakı Dövlət Universitetinun yeni rektoru Elçin Babayev ali təhsil müəssisəsində tələbəyə qarşı atdığı addımla gündəm yaradıb.

Axar.az xəbər verir ki, BDU-nun bufetində olan rektor burada ad gününü qeyd edən tələbə olduğunu sezərək, onun masasına yaxınlaşıb. Tələbələrdən birinin verdiyi məlumata görə, rektor gənclərə ad günü tortu dadmaq istədiyini deyib. Tələbələr isə hələlik tortun gəlib çıxmadığını bildiriblər.

Otağına qayıdan rektora az sonra tələbələrin tort dilimi göndərdiyini deyiblər. Bunu eşidən rektor yenidən bufetə qayıdıb və ad günü olan tələbəyə şokolad hədiyyə edərək, onun alnından öpüb.

Rektorun bu addımı BDU-da və sosial şəbəkələrdə təqdir edilir:

Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …