Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / BDU-da Mahir Höccətov problemi: “Tələbələrin vəsiqələrini əllərindən alırlar, sonra da 10-15 manat pul istəyirlər”

BDU-da Mahir Höccətov problemi: “Tələbələrin vəsiqələrini əllərindən alırlar, sonra da 10-15 manat pul istəyirlər”

Mehman Hüseynov: «Mahir Höccətov digər mühafizəçilərlə əlbir olub, qarşılarına çıxan tələbələrin vəsiqələrini əllərindən alırlar, sonra da 10-15 manat pul istəyirlər»

Bakı Dövlət Universitetinin (BDU) tələbələri ali təhsil ocağının Mühafizə Xidmətinin rəisi Mahir Höccətovdan şikayətçi düşüblər. Daha doğrusu, bu tələbələrin ondan ilk şikayəti deyil. JAM.AZ xəbər verir ki, bu haqda tanınmış blogger Mehman Hüseynov sosial şəbəkələrdə məlumat yayıb.

Blogger yazır ki, tələbələr Höccətovla bağlı dəfələrlə sosial şəbəkələrdə çoxlu sayda şikayətlər ediblər. Lakin bunun heç bir xeyri olmayıb. «Tələbələrin dediklərinə görə, BDU-nun mühafizə xidmətinin rəhbəri Mahir Höccətov digər mühafizəçilərlə əlbir olub, qarşılarına çıxan tələbələrin vəsiqələrini bir bəhanə ilə əllərindən alırlar. Əgər 10-15 manat verməsələr vəsiqəni qaytarmayacaqları, ailələrini çağıracaqlarını deyərək hədələyirlər. Etiraz edən tələbələrə də “ölkədə krizis var, bəs necə dolanaq?” deyə səbəb gətirirlər».

Hüseynov tələbələrin dediklərinə istinadən yazır ki, dəfələrlə məsələni ictimailəşdiriblər, hətta problemi BDU-nun rəhbərliyinə belə çatdırıblar. Lakin baş verənlərə diqqət ayrılmayıb. «BDU-nun rəhbərliyi mütləq problemi araşdırıb, özbaşınalığın qarşını almalıdır. Əgər qarşısı alınmasa, tələbələrlə birləşib bu bığlı supermarionu bir təhər özümüz yerinə otuzduracıyıq».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın