Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / BDM AŞPA və ukraynalı deputata sərt etiraz etdi

BDM AŞPA və ukraynalı deputata sərt etiraz etdi

Beynəlxaq Diaspor Mərkəzi (BDM) Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində 2015-ci il iyunun 23-də qəbul edilmiş “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” barədə qətnamə və Assambleyanın vitse-prezidenti, Ukraynadan olan deputat, “Pyotr Poroşenko Bloku”nun üzvü Vladimir Aryevin Azərbaycanda hakimiyyət çevrilişinə çağıran facebook postundan hiddətləndiyini bildirib.
BDM sədri İsmayıl Ağayev Azinforum.az-a açıqlamasında bildirdi ki, hər iki hadisə ilə bağlı qurumun İdarə Heyyətinin növbədənkənar toplantısı keçirilib:

“Dünyanın əksər dövlətlərində yaşayan azərbaycanlıları öz ətrafında birləşdirən qurum olaraq, biz AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi son qətnaməsini qərəzli və ikili standartlardan irəli gələn sənəd kimi qəbul edirik.
Hesab edirik ki, bu Azərbaycana qarşı yönəldilmiş qərəzli və əsassız yanaşmanın ən bariz nümunəsidir. Xüsusilə də Ukraynadan olan vitse-prezident Aryevin sosial şəbəkələrdə bu cür çıxışlar etməsi onun təmsil olunduğu ölkənin maraqlarını deyil, başqalarının istəklərini müdafiə etdiyi anlamına gəlir. Biz bilirik ki, Ukraynada və dünyanın bütün başqa yaşayan soydaşlarımız İlham Əliyevi özlərinin prezidenti sayır. BDM olaraq biz bir daha Azərbaycan diasporunun nümayəndələrini cənab Prezidentin ətrafında sıx birləşməyə  və heç kimiölkələrində  n avanturist istəklərinə reaksiya verməməyə çağırırıq”

sap

Ismayıl Ağayev daha sonra bildirdi ki, İdarə Heyyətinin toplantısında BDM-in Yaxın Şərq Departartamentinin rəhbəri, sülməramlı səfir- Aleksander Şapiro-Suliman da iştirak edib. Cənab xoşməramlı səfir Azinforum.az-a açıqlamasında bildirdi ki, Yaxın Şərqin yəhudi icması adından AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni kəskin pisləyir: “Biz eləcə də, başqa bir ölkənin deputatının azərbaycanlıları inqlaba səsləməsinə kəskin etirazımızı bildiririk. Azərbaycandakı real vəziyyəti və gedən inkişafı görən adamlar olaraq , biz bu məsələni kənardan müşahidə edə bilməzdik. Birmənalı şəkildə bildirirəm ki,Yaxın Şərqin bütün azərbaycan diasporasıt cənab Preziden İlham Əliyevi  dəstəkləyir”.

Azinforum.az

 

Həmçinin oxuyun

Bərdə terrorunda yaralananlar hadisənin dəhşətlərindən danışdılar – VİDEO

Oktyabrın 28-i saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı “Smerç” tipli reaktiv raket zərbəsi nəticəsində …

Bir cavab yazın