Cümə , Aprel 12 2024
Ana səhifə / Cəmiyyət / “Bazarstore”u məhkəməyə verdilər

“Bazarstore”u məhkəməyə verdilər

Ölkənin aparıcı supermarketlər şəbəkəsindən biri olan “Bazarstore”a qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, “Bazarstore”a qarşı qaldırılan iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatına verilib.
Bildirilir ki, Vəliyev Elşən Xanlar oğlu tərəfindən qaldırılan iddia mülkiyyət hüququ ilə əlaqədar mübahisələrlə (Daşınmaz əmlak üzrə) bağlıdır.
Qeyd edək ki, “Bazarstore”un ölkənin aparıcı holdinqlərindən olan “Azərsun Holdinq”ə bağlı olduğu bildirilir. “Bazarstore” MMC 1999-cu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 milyon 862 min 223,16 dollar olan şirkətin qanuni təmsilçisi Burhan Sevahildir. Burhan Sevahil daha əvvəl Türkiyənin tanınmış supermarketlərində rəhbər vəzifələrdə çalışıb.
“Azərsun Holdinq” MMC isə 2000-ci ildə qeydiyyatdan keçib və nizamnamə kapitalı 127 milyon 626 min 666,67 manatdır. Qanuni təmsilçisi Mehmet Savaş Uzandır. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri isə tanınmış iş adamı Abdolbari Gözəldir.

Həmçinin oxuyun

Azərbaycanın iki universiteti dünya reytinqində yer tutub

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli Symonds (QS) fənn sahələri üzrə dünyanın ən yaxşı …