Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Bayraq Meydanı İdarəsinin sabiq rəisinin həbsi xəbəri yayıldı

Bayraq Meydanı İdarəsinin sabiq rəisinin həbsi xəbəri yayıldı

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov Prezident sərəncamı ilə işdən azad edildəkdən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, başına torba keçirilərək naməlum istiqamətə aparılıb. Bu haqda Strateq.az-a Rəşad Məmmədovun Şirkətində çalışan, ancaq adının çəkilməsini istəməyən əməkdaşlardan biri məlumat verib. O deyib ki, işdən çıxarıldığı və saxlandığı gündən etibarən, Rəşad Məmmədovla bütün əlaqələr kəsilib və indiyədək onunla hər hansı bir şəkildə təmas saxlamaq imkanı da yoxdur: “Harada olduğu, hansı qurumda saxlandığını da bizdən bilən yoxdur. Bircə onu bilirik ki, həm Rəşad Məmmədovun, həm də şəriki və yeznəsi Azər Əsgərovun işlətdiyi bütün obyektlərdə bir neçə dövlət qurumunun yoxlamaları başlayıb”.

Mənbənin dediyinə görə, Rəşad Məmmədov və Azər Əsgərov indiyədək hakimiyyət içərisindəki çox nüfuzlu və hörmətli bir məmurun himayəsində olsalar da (həmin məmurun kimliyi bizə məlumdur və etik səbəblərə görə adını çəkmirik), son vaxtlar hədsiz dərəcədə zənginləşmələri onların harın həyat sürmələrinə, hətta bir çox hallarda öz himayədarlarına qarşı belə, saymazyanalıq etmələrinə gətirib çıxarıbmış. Deyilənə görə, Rəşad Məmmədovun və Azər Əsgərovun “kəndirlərinin kəsilməsində” də elə həmin nüfuzlu məmurun özünün böyük rolu olub. Hazırda hər iki şəxsin mal varlığının, indiyədək dövlətdən və himayədarlarından oğurladıqları külli miqdarda vəsaitin dəqiqləşdirilməsi, hara xərclənməsi, ölkə daxilindəki və xaricdəki bütün əlaqələri ciddi şəkildə araşdırılır.

Qeyd edək ki, mənbə Strateq.az-a həm Rəşad Məmmədovun, həm də Azər Əsgərovun etnik mənşəcə qarışıq nikahlardan olması faktını da təsdiqləyib: “Ancaq onların vurulmalarına səbəb etnik mənşələri deyil, harın həyat sürmələri və dövlətdən oğurlayıb xaricə çıxardıqları vəsaitlərdir. Həmin vəsaitlər geri qaytarılıb yerinə qoyulmayınca, Rəşad Məmmədovla Azər Əsgərova rəhm edilməyəcək”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın