Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Cəmiyyət / Bayram Zeynalovun işçiləri  Sumqayıtdakı sürücüləri belə incidir – VİDEO

Bayram Zeynalovun işçiləri  Sumqayıtdakı sürücüləri belə incidir – VİDEO

Sumqayıt yol polisləri sürücülərə qarşı kobudluq edir, özləri yol hərəkətləri qaydalarını pozur, hətta qəza şəraiti yaradırlar.

Bu ittihamlarla bir qrup Sumqayıt sakini çıxış edib. Onların sözlərinə görə, YPX əməkdaşları yolun hərəkət hissəsində dayanaraq, sürücüləri saxlayır, protokol yazır, bununla da nəqliyyatın hərəkətinə mane olur, hətta qəza şəraiti yaradırlar: “Qayda pozuntusuna qarşı reydlər keçirən polis əməkdaşları özləri kobud qayda pozurlar. Onlar ensiz yollarda ikinci cərgədə avtomobillərini saxlayıb, xidmət aparırlar. Bununla da yollarda sıxlıq yaratmaqla yanaşı qəza şəraiti də yaradırlar”.

Şikayətçilərdən biri Bakupost.az-a dediklərini sübut edən şəkillər və videolar da göndərib: “99 YP 109 nömrə nişanlı yol polisi avtomobili “Sülh” küçəsi ilə “Dostluq” küçəsinin kəsişməsində xidmət aparır. Göründüyü kimi ikinci cərgədə, yolun hərəkət hissəsində, yəni qadağan olunmuş yerdə dayanıb. Bura avtomobillərin sıx hərəkət etdiyi, eyni zamanda dönmə əməliyyatı aparılan yerdədir. YPX avtomobilinin burada dayanması qəza şəraiti yaradır, çaşqınlığa səbəb olur. Maraqlısı odur ki, birinci cərgədə yer ola-ola, polislər sanki qəsdən məhz ikinci cərgədə dayanırlar. Buna görə bir neçə sürücü saxlayıb polislərə irad bildirdi. Polis isə bu iradlardan nəticə çıxarmaq əvəzinə onları acıladı, bir nəfəri isə hətta təhqir etdilər”.

Şikayətçilər bildirib ki, Sumqayıt polislərinin demək olar ki, hamısı bu cür rəftar edir, heç bir iraddan, qayda pozuntusundan çəkinmirlər.

Qeyd edək ki, Sumqayıt Yol Polisinin rəisi məşhur iş adamı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Şeyxülislam Allahşükür Paşazadənin qudası “Hacı Mazan” kimi tanınan Ramazan Zeynalovun oğlu Bayram Zeynalovdur.

Yeri gəlmişkən, “Hacı Mazan” bu yaxınlarda Masallı rayonunda yol polislərinə qarşı fiziki güc tətbiq etməsi və onları təhqir eləməsi xəbəri ilə mətbuatın gündəminə gəlmişdi.

Həmçinin oxuyun

ADU-da “Çin dili körpüsü” müsabiqəsində Əsgərova Xədicə I yerə laiq görülüb

Bakı Dövlət Universitetində (ADU) XII beynəlxalq Çin dili üzrə “Çin dili körpüsü” müsabiqənin Azərbaycan üzrə …

Bir cavab yazın