Cümə , Dekabr 8 2023
Ana səhifə / Cəmiyyət / Bayram Səfərovun 100 minlik avtomobili – FOTO

Bayram Səfərovun 100 minlik avtomobili – FOTO

Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərova məxsus olduğu bildirilən  bahalı maşınının görüntüsü yayılıb.

Görüntülərdə icra başçısının “Toyota Sequaia” markalı avtomobildən düşərək Şuşa şəhər İcra Hakimiyyətinin Bakıdakı inzibatı binasına daxil olduğu əks olunur.

Məlumatlara görə, “Toyata Sequaia” markalı 10 OP 123 dövlət qeydiyyatlı avtomobil Bayram Səfərovun öz adınadır.

Həmin maşının qiyməti 100 min manata yaxındır. Avtomobilin dövlət nömrə nişanı da prestijli nömrələr kateqoriyasına daxildir. Bu nömrənin qiyməti “qara bazar”da 10 min manatdan artıqdır.

Bayram Səfərov 2009-cu ildən Şuşa şəhər İcra hakimiyyətinin başçısıdır. O ən çox tənqid olunan məmurlardan hesab edilir. Qaynarinfo

Həmçinin oxuyun

“Leyli və Məcnun” operasında narazılıq – FOTO

Ötən gün növbəti dəfə nümayiş etdirilən “Leyli və Məcnun” operası tamaşaçıların narazılığına səbəb olub.  Azərbaycan …