Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Bayram Səfərov : “Azərbaycanın İskəndər “M” raketi var”

Bayram Səfərov : “Azərbaycanın İskəndər “M” raketi var”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Ölkə.Az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Bu yaxınlarda ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən bildirib ki, Azərbaycan və Ermənistan tərəfləri münaqişənin həllinə hazır deyillər. Bu bəyanata münasibətiniz necədir?

Bilirsiz, cənab Prezident İlham Əliyev də hər zaman bütün beynəlxalq tribunalardan bəyan edib ki, Qarabağ probleminin həlli ilə bağlı Azərbaycana qarşı ikili standartlar mövcuddur. İndi Con Kerri və digər onu kimi şəxslərdə bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə bu cür ikili standartlara söykənən açıqlamalar verirlər. Hətta, mən onlar barəsində “ikiüzlülük” edirlər, desəm daha düzgün olardı. Onlar Azərbaycanı görəndə “Azərbaycanpərəst”, digər vaxtlarda isə ermənipərəst olurlar. 

Digır tərəfdən isə Con Kerri bizim üçün ilahi qüvvə deyil. Azərbaycan müstəqil dövlətdir, bu yaxınlarda müstəqilliyinin 25 yaşı tamam olacaq. Azərbaycanın müstəqil Prezidenti və onu dəstəkləyən, inanan böyük xalqımız var. Azərbaycan xalqı cənab Prezidentin siyasətini və fikirlərini tam dəstəkləyir. Azərbaycanı sevən hər kəs, bütün Azərbaycan xalqı, o cümlədən Qarabağlılar cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir, onun fikirləri ilə razılaşır. 

Hər kəs yaxşı bilir ki, Con Kerri ermənipərəstdir, erməni lobbisinə xidmət edən adamdır. Bununla bağlı dəfələrlə dünya mətbuatında da məlumatlar yer alıb. Hətta, Con Kerri 1990-cı ildə rus qoşunlarının Azərbaycana girməsini və burada qırğın törətməsini dəstəkləyən şəxslərdən biri olub. Bununla bağlı onun adının olduğu məktublar, sənədlər mövcuddur. 

Ona görə də bu gün bizə Azərbaycan Prezidenti, Ordusu və xalqından savayı heç kəsin dediyi önəmli ola bilməz. Hamımız sonadək cənab Prezidentin ətrafında sıx birləşməliyik, onun qəbul etdiyi qərarları hər an icra etməyə hazır olmalıyıq.

Ermənistan tərəfi iddia edir ki, guya “İsgəndər M” raket sistemlərinə malikdir. Hətta, son günlər Ermənistanın ayrı-ayrı şəxsləri “İsgəndər M” raketi ilə Azərbaycanı vurmaqla hədələyir. Sizcə, doğrudanmı işğalçı ölkə “İsgəndər M” raketlərinə sahibdir? 

Bütün bunların hamısı boş-boş sözlərdir, cəfəng iddialardır. Yəni, Ermənistanın nəinki “İsgəndər M”-i yoxdur, hətta onu almağa pulu belə yoxdur. Erməni tərəfi danışır, ancaq buna nə verirlər? Bizdə də “İsgəndər M” raketi var. Bu gün Azərbaycanın “İsgəndər M”-dən də güclü müasir silahlara malikdir. İndi Azərbaycan ordusu ən müasir silahlarla silahlanıb. Azərbaycanın güclü və qüdrətli müdafiə sənayesi mövcuddur. Ermənistandan fərqli olaraq, biz özümüz də ən müasir silahlar və hərbi texnikalar istehsal edirik. Ən əsası isə Azərbaycan ordusunda böyük ruh yüksəkliyinin olmasıdır. Bu gün Azərbaycanın əsgər və zabitləri hər an Vətən yolunda, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçməyə hazırdır. Allah onları qorusun. Bütün bunları mən söz olaraq demirəm, bunu işğalçı Ermənistan da yaxşı bilir. Aprel döyüşlərində Azərbaycan ordusunun nəyə qadir olduğunu gördülər. Aprel döyüşləri zamanı bütün dünya erməni separatçılarını məhv etməmək üçün Azərbaycana xahişlər edirdilər. Sadəcə olaraq, dünyada ikili standartlar mövcuddur. Güclü dövlətlər hər zaman öz maraqları naminə oyunlar oynayır və müttəfiqlərini müdafiə edirlər. Bunu ABŞ, Avropa, Rusiya və İran edir. Bu dövlətlərin hər birindən Azərbaycana qarşı ikili standartları gözləmək mümkündür. Yoxsa, Ermənistan kimdir ki, Azərbaycana qarşı işğalçılıq etsin? Məgər Ermənistan müstəqil dövlətdir? Mən bunu hər zaman demişəm ki, Ermənistan Rusiyanın kiçik quberniyası qədər olan yerdir. Ermənistan məhz oradan, Qərbdən, ABŞ-dan, Avropadan idarə olunur. Bu gün Ermənistanda aparılan siyasət də məhz belədir. Bu siyasətdən Ermənistan xalqı da əziyyət çəkir. İndiki Ermənistan rəhbərliyi erməni xalqının başına da müsibətlər gətirir. 

Ermənistandan fərqli olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət təhsilə, elmə, idmana, səhiyyəyə, insan kapitalına və ölkənin bütün regionlarının inkişaf etdirilməsinə yönəlib. Azərbaycan nüfuzlu və mötəbər beynəlxalq tədbirlərin ünvanına çevrilib. Azərbaycana gələn xarici qonaqların hamısı reallığı görürlər.       

Prezident İlham Əliyevin keçirdiyi son müşavirdədə məcburi köçkünlərə veriləcək mənzillərlə bağlı danışarkən bildirib ki, dövlət tərəfindən hazır binaların alınmasına ehtiyac var. Bu, həm də vaxt itkisinin qarşısının alınması deməkdir. 

Allah cənab Prezidentimizi qorusun. Bizim istədiyimiz odur ki, məcburi köçkünlər mənzillə təmin olunsun. Ölkə başçısının qəbul etdiyi bütün qərarlar Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin sosial həyatının yaxşılaşdırılamsına yönəlib. Cənab Prezidentin bu təklifi çox gözəldir. Allah onun canını sağ etsin. O, hər zaman məcburi köçkünlərin qeydinəq alır, onların bütün problemlərinin həllinə çalışır.     

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın