Bazar , Yanvar 24 2021
Ana səhifə / Cəmiyyət / BAXCP-nin 8 şöbəsi istefa verdi FOTO

BAXCP-nin 8 şöbəsi istefa verdi FOTO

Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Oğuz, Balakən, Göygöl, Ucar, Kürdəmir, Quba, Yasamal, Füzuli və Sumqayıt şöbələri istefa verib.

BAXCP-nin baş katibi Söhrab Abdullayev “facebook” səhifəsində bu istefaların səbəbini açıqlayıb. Belə ki, Söhrab Abdullayevdən tanınmış vəkil Aslan İsmayılova qarşı məqalə yazmaq tələb olunub. O isə Aslan İsmayılova qarşı təhqirlərlə dolu məqalə yazmaqdan imtina edib və buna görə də Qüdrət Həsənquliyev tərəfindən partiyadan xaric edilib. Buna görə də digər 8 rayon şöbəsi istefa verib: “Əsas məsələ nə ilə bağlı olduğunu Sizlərə qısa şərh etmək istəyirəm. 22 sentyabr 2016 tarixində Qüdrət Həsənquliyev saat 19-00 da mənə zəng edib Aslan İsmaylovla münasibətimin olub –olmadığını sordu. Mən də olduğunu dedim və oğlumun toyunda iştirak etdiyini bildirdim. Öncə məndə telefonunu istədi, mən də verdim. Daha sonra isə Qüdrət bəy haqqında təhqiramiz sözlər yazdığını dedi. Dedim zəng edib danışaram . Dedi “yox, sən önun haqında yaz”. Məndə “yazaram” dedim. Yəni bir ziyalı qınağı səviyyəsində. Axşam Fecebook-da oxuyub yazaram dedim. Fecebooka girdiyimdə Niyaməddin Orduxanlı və bir qrup tərəfindən Aslan İsmaylov haqqında nalayiq ifadələrlə dolu yazılarla rastlaşdım. Bu yazıda məni də etiketləmişdilər. Yazılar mənim xoşuma gəlmədiyi üçün mən yazı qoymadım və qərara gəldim ki, Qüdrət bəylə görüşüm və bir müsahibə verim. Bununla bağlı idarə heyətinin üzvləri Mikayıl Rəhimov və Hüseynağa Qəniyevlədə danışdım. 23-26 arası xəstə olduğumdan kimsəylə əlaqə qurmadım və 27-si işə çıxdım. İş otağıma girər –girməz İlqar bəy (maliyyə məsələləri üzrə şöbə müdiri) otağa girdi və Qüdrət bəyin təlimatı var, otağı boşalt açarları təhvil versin dedi. Sizi işdən azad etdi. Qüdrət bəydən sorduğumda isə Aslan İsmaylovun əleyhinə yazmadığım üçün bu qərarı verdiyini bildirdi. Daha sonra 29.10.2016 tarixində yetərsay olmayan məclisin qərariylə Baş katib təsdiqləndi və Məclis sədri seçildi (Yeni təyin edilmiş baş katib ilk yalanını Qüdrət bəyə söylədi , yəni 29 əvəzinə 45 nəfər məclis üzvünün iştirak etdiyini bildirdi. İnanıram ki, Qüdrət bəyin bundan xəbəri olmadı). Təbii ki, bu qəradan sonra keçdiyimiz 15 illik bu yola bu cür münasibəti həzm edə bilməyən bir qrup rayon təşkilatları istefa qərarı almışlar. Bundan qıcıqlanan idarə heyətinin bəzi üzvləri mənim təşkilatdan kənarlaşmam haqqında əsassız qərar qəbul ediblər. Xeyirli olsun”- deyə Söhrab Abdullayev yazır.
Bizə verilən məlumatda o da bildirilir ki, yaxın günlərdə daha bir neçə şöbə istefa verəcək.

Aşağıdakı foto BAXCP Sumqayıt şöbəsinin istefa bəyanatıdır.

azadliq.info

baxcp-jpg

Həmçinin oxuyun

Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək?

Məşhur filmdə deyildiyi kimi, “xalqımın toy kimi gözəl adəti var, bu gözəl adətinə hörməti var”. …

Bir cavab yazın