Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Cəmiyyət / Başqasını ölümdən xilas etdi, özü həyatından oldu – 3 övlad atası idi – VİDEO

Başqasını ölümdən xilas etdi, özü həyatından oldu – 3 övlad atası idi – VİDEO

Füzuli rayon sakini Anar Quliyev Xəzər dənizində batma təhlükəsi ilə üzləşən şəxsi xilas edərkən boğulub.

Hadisə iyunun 27-də Xəzər rayonu ərazisində yerləşən Bilgəh çimərliyində baş verib.

Hadisədən bir neçə dəqiqə əvvəl dalğaların fonunda fotoşəkil də çəkdirən 39 yaşlı Anar Quliyev başqasının həyatını xilas edərkən dünyasını dəyişib.

Anar Quliyev həmin gün tələbələri ilə birlikdə çimərliyə gedib. Hava küləkli və dəniz dalğalı olduğundan faciəvi hadisə qaçılmaz olub.

Yaxınlarının sözlərinə görə, Anar batma təhlükəsi ilə üzləşən bir nəfəri xilas etməyə çalışarkən özü boğulub. Həmin şəxsin həyatını xilas etsə də, Anar dünyasını dəyişib.

Atası Kamal Quliyev “Xəzər Xəbər”ə deyib ki, Anar Heydər Əliyev adına Hərbi İnstitutun Fiziki hazırlıq və idman bölməsinin təlimatçı baş müəllimi işləyirmiş. Hərbçilərə karate idman növündən dərs deyirmiş.

Onun meyiti ötən gün ailəsinə təhvil verilib. Qeyd edək ki, Anar Quliyev 3 övlad atası olub.

Həmçinin oxuyun

Biabırçı videosu yayılan FHN polkovniki ilə bağlı GENERALDAN AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında biabırçı görüntüləri yayılıb.Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar …