Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / BAŞ REDAKTOR NUŞİRƏVAN SƏFƏROVUN MƏHKƏMƏDƏ DİNDİRİLMƏSİNİ İSTƏYİR – VƏSATƏT

BAŞ REDAKTOR NUŞİRƏVAN SƏFƏROVUN MƏHKƏMƏDƏ DİNDİRİLMƏSİNİ İSTƏYİR – VƏSATƏT

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərovun “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə Xətai rayon Məhkəməsinin çıxardığı qətnamədən apellyasiya şikayətinə baxılır. Proses bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə başlayıb. Fevralın 23-nə təyin olunan ilk iclas, qarşı tərəf iştirak etmədiyi üçün, baş tutmamışdı.

Xatırladaq ki, N.Səfərovun tələbi əsasında Xətai rayon Məhkəməsi Elnur Məhərrəmlini CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək, onun əməkhaqqının 15 faizi dövlət nəfinə tutulması şərti ilə, 1 il 6 ay islah işləri cəzasına məhkum olunması barədə qərar çıxarıb. E.Məhərrəmli qərarla razılaşmayıb və apellyasiya şikayəti verib.

Hakim Faiq Qasımovun sədrliyi ilə başlayan prosesdə E.Məhərrəmlinin vəkili Elçin Sadıqov qismən məhkəmə istintaqının aparılması, yeni ekspertizanın təyin olunması və Nuşirəvan Səfərovun məhkəmədə dindirilməsi barədə vəsatət verib. DYP rəisinin vəkili Bəxtiyar Hacıyev N.Səfərovun Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlərdə iştirak etdiyini əsas gətirərək (!), vəsatətin təmin olunmamasını xahiş edib. Hakim, N.Səfərova uyğun olan başqa bir vaxtın seçiləcəyini deyib, qısa müşavirədən sonra vəsatətə sonrakı mərhələdə baxılması haqda qərarını elan edib.

Növbəti iclas martın 9-na təyin olunub.

“AzPolitika”

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın