Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Cəmiyyət / Baş Prokurorluqdan avtomobil alanlara MÜRACİƏT

Baş Prokurorluqdan avtomobil alanlara MÜRACİƏT

Baş Prokurorluq lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktları ilə bağlı videomüraciət edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Videomüraciətdə bildirilir ki, son zamanlar ölkə ərazisində lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktlarına çox sıx rast gəlinməkdədir. Vətəndaşlara tövsiyə edilir ki, bu kimi dələduzluq halları ilə qarşılaşmamaları üçün avtomobil alarkən rəsmiləşdirməni qanuna uyğun notarial qaydada etsinlər.

Müvafiq lizinq şirkətinin qanuni nümayəndəsi olmadan 3-cü şəxslərə hər hansı ödəniş etməyin! Baş Prokurorluq xəbərdarlıq edir ki, qanunamüvafiq qaydada rəsmiləşdirilməmiş avtomobillərin idarəedilməsi yol verilməzdir!

Həmçinin oxuyun

“Sağ olun ki, quru sərhədləri açmadınız…“ – Azər Qərib

“Bir səyahət blogeri kimi quru sərhədlərin bağlı qalması məni narahat edirdi, turizmin inkişafına zərbə kimi …