Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Baş nazirin müavini marketlərdəki vəziyyətə görə müraciət etdi — VİDEO

Baş nazirin müavini marketlərdəki vəziyyətə görə müraciət etdi — VİDEO

“Azərbaycan hökuməti məhsul idxalını tam təmin edib”.


Bunu AzTV-nin “Hədəf” verilişində Baş nazirin müavini Şahin Mustafayev deyib.


O, bildirib ki, Azərbaycanda ərzaqla bağlı ajiotaja əsas yoxdur:
“Bizdə olan məlumata görə, bu günlərdə marketlərdə ərzaqla bağlı ajiotaj yaranıb. Buradan bəyan edirəm ki, tədbirlər görülüb, yüklərin daşınması əvvəlki dövrlərə nisbətən azalmayıb, əksinə 30-40 faiz artıb.


Eyni zamanda tranzitlə gedənlərdə də bu qədər artım var. Ona görə də əhaliyə müraciət edirəm ki, təlaşa düşməsinlər. Çünki, mart ayının əvvəlindən Azərbaycana idxal olunan ərzaq məhsullarının həcmi artıb”.

Həmçinin oxuyun

“Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” – XTQ giziri (VİDEO)

10 ildir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən gizir Rauf Qasımov İkinci Qarabağ savaşı ilə bərabər, …