Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “Tornado” işini araşdırır

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “Tornado” işini araşdırır

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun qəzetin reportyorlarının hücuma məruz qalması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciəti araşdırılır.

Qəzetin hücuma məruz qalan hər iki reportyoru zərərçəkmiş şəxs kimi ifadə vermək üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunublar.

Xatırladaq ki, sentyabrın 21-də Sabunçu rayonu ərazisində “Tornado” şirkəti tərəfindən aparılan söküntü işləri ilə bağlı çəkiliş etmək istəyən reportyorlar Məhəmməd Türkmən və İlkin Muradova şirkətin mühafizə xidmətinin 10 nəfərə yaxın əməkdaşı tərəfindən təzyiq göstərilib.

Jurnalistlər şirkətin əməkdaşlarına vəsiqələrini göstərərək özlərini təqdim etsələr də, buna məhəl qoyan olmayıb. Əvəzində şirkətin işçiləri jurnalistlərin üstünə hücum çəkərək təhqir ediblər və fiziki təzyiq göstəriblər.

Baş verən hadisədən sonra “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciə etmişdi. Baş redaktor nazirə müraciətində bu vəziyyətdə digər əməkdaşlarının da həyatlarına ciddi təhlükə yarandığını hiss etdiyini bildirmişdi.

Rauf Arifoğlu jurnalistlərə qarşı terrora yol vermiş şəxslərin tapılıb, cəzalandırılmamasının onları başqa qanunsuz əməllər törətməyə ruhlandıra biləcəyini qeyd edərək, məsələnin tez bir zamanda hüquqi qiymət alması məqsədilə Ramil Usubova müraciət etmişdi.

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın