Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Baş konsulluq Ülkər Məmmədovanın məsələsini araşdırır – AÇIQLAMA

Baş konsulluq Ülkər Məmmədovanın məsələsini araşdırır – AÇIQLAMA

“Türkiyə tərəfi Azərbaycan vətəndaşlarının və ya milliyyətcə azərbaycanlı şəxslərin Türkiyədəki terror hadisələrində iştirakı ilə bağlı Azərbaycan tərəfinə heç vaxt sorğu ilə müraciət etməyib”, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC Azərbaycancaya bildirib.
Bu gün Türkiyə mətbuatı Ankarada ötən bazar günü baş vermiş partlayışa görə Ülkər Məmmədova adlı bir qadının da aralarında olduğu 21 nəfərin axtarıldığına dair məlumat yayıb.
Həsən Zeynalovun sözlərinə əsasən, konsulluğun bir əməkdaşı “Ülkər Məmmədovanın Azərbaycanla bağlılıq məsələsini Türkiyə tərəfi ilə araşdırmaq üçün təlimatlandırılıb”.
“Biz də adıçəkilən şəxsin Azərbaycanla bağlılğı məsələsinin araşdırılmasında maraqlıyıq. Ülkər Məmmədovanın azərbaycanlı ola bilmə ehtimalı yalnız bizim mətbuatda gedib. Türkiyə mətbuatında isə sadəcə qadının ad-soyadı verilib, milliyyəti və ya vətəndaşlığı ilə bağlı heç nə yazılmayıb”, o deyir.
“Bununla bağlı müəyyən dairələrə sorğu vermişik. Bu sorğuya cavab verilməsini gözləyirik”, baş konsul əlavə edib.
“Baş konsulluq olaraq bölgədə baş verən terror hadisələri ilə bağlı Türkiyənin hüquq-mühafizə orqnları ilə mütamadi çalışırıq”, Həsən Zeynalov deyib.
Türkiyə paytaxtı Ankarada şənbə günü baş vermiş iki partlayış nəticəsində 100-ə yaxın insan həlak olub.
Baş nazir Ahmet Davutoğlunun bildirdiyinə görə, partlayışlara görə əsas şübhə İslam Dövləti qruplaşmasının üzərinə düşür.
İndiyədək heç bir qrup törədilmiş partlayışlara görə məsuliyyəti üzərinə götürməyib, lakin hökumət hesab edir ki, partlayışı iki intiharçı törədib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın