Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / BAŞ HƏKİM YAZIÇINI HƏDƏLƏDİ

BAŞ HƏKİM YAZIÇINI HƏDƏLƏDİ

“Seymur Baycan yəqin ki, psixdir, ya da Azərbaycan xalqının düşməni”.

Azinforum.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq şairi Bəxtiyar Vahabzadənin kürəkəni, 5 saylı xəstəxananın baş həkimi Ziya Əsədov deyib.

Seymur Baycanın sosial şəbəkədə xalq şairi Bəxtiyar Vahabzadə haqqında yazdığı xoşagəlməz ifadələrə münasibət bildirən Ziya Əsədov Seymurun bununla gündəmdə qalmaq istədiyini bildirib:

“Elə yazı var ki, onu yazdırırlar, elə yazı da var ki, arxasında başqası durur, başqasının fikrini çatdırır. Amma burdan görünür ki, bu adam psixdir, özü-özünü inkar edən yazı yazıb. Elə adamlar var ki, böyük adamlara sataşmaqla məşhurlaşmağa çalışırlar. Deyərdim ki, bunu ermənilər yazdırıb, inanmıram. Deyərdim ki, MTN tərəfindən yazdırılıb, inanmıram. Deyərdim ki, Bəxtiyar Vahabzadəni düşmən hesab edənlər yazdırıb, buna da inanmıram. Demokratik dövlətik, respublikayıq, Seymur Baycanın öz fikrini bildirib vicdansızlıq etməyinə dəyməz. Bəxtiyar Vahabzadənin hansısa şeirini bəyənməmək olar, hansısa səhvini demək olar. Amma Bəxtiyar Vahabzadənin vətənpərvər ağsaqqal, ədalətli, haqqın tərəfində duran insan olduğunu danmaq olmaz. Seymur bilər, Allahı bilər!”.

Daha sonra Ziya Əsədov Seymur Baycanı psixoloji yoxlamadan keçirməyin lazım olduğunu vurğulayıb: “Elə adamlar var ki, məsələn, qırmızı rəngli qələmi göstərirsən və qırmızı olub-olmadığını soruşursan, yox cavabı verir. Boğazından yapışıb boğursan ki, ay kişi bu qırmızıdır, boğulsa da “qırmızı deyil” deyir. Ayağının altına salıb burnunu, ağzını əzirsən, ölümcül hala düşəndə cavab verir ki, niyə məni öldürürsən, guya mən bunun “qırmızı” olduğunu bilmirəm?!

Mən cavan olsaydım, bu saat gedib onun ünvanını tapıb, döyərdim. Ancaq əgər Bəxtiyar Vahabzadə özü bu həyatda yoxdursa, ömrü boyu xidmət etdiyi Azərbaycan xalqı onu müdafiə etməlidir, qohumu, kürəkəni yox. Və inanıram ki, Azərbaycan milləti də onu müdafiə edəcək”.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın