Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / Baldan da xeyirli arı məhsulu var (VİDEO)

Baldan da xeyirli arı məhsulu var (VİDEO)

İnsan orqanizminə baldan daha xeyirli olan arı məhsulu var. Hələ ki, çox yayılmayan arının çiçək tozlarından yığdığı polen məhsulu baldan 5 dəfə baha satılır. Hazırki mövsümdə polenin yığılma vaxtıdır.

Bal ən qiymətli, ən faydalı arı məhsulu kimi tanınır. Ancaq arının istehsal etdiyi polen, baldan daha faydalıdır.
Arı məhsulu olan polen baldan 12 dəfə üstündü və xeyirli tərəfləri çoxdur. Arıların çiçəklərdən toplayıb hazırladığı polen, ürək-qan damar, mədə-bağırsaq və digər xəstəliklərin dərmanı hesab edilir. Az-az arıçının topladığı çiçək tozu əsasən aprelin sonu, may ayının əvvələrində yeşiklərə bərkidilmiş xüsusi qablar vasitəsi ilə yığılır.
Dünya üzrə çiçək tozundan ən çox istifadə edən ölkələr siyahısına Türkiyə liderlik edir. Polenin ölkəmizdə tanınması və arıçılar tərəfindən toplanması isə son 3-5 ilə təsadüf edir. Bununla belə sözügedən məhsula Azərbaycanda maraq böyükdür və qiyməti baldan çox bahadır.
Arının istehsal etdiyi qiymətli məhsulu, il ərzində 1 dəfə toplamaq mümkündür. Havların qeyri-sabit keçməsi bu il balla yanaşı polenin də məhsuldarlığını aşağı salıb.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …