Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Cəmiyyət / BAL YARMAKASINDA ACINACAQLI VƏZİYYƏT – NAZİRLİK “AMAY”- DA BAL SATANLARI “SOYUR”

BAL YARMAKASINDA ACINACAQLI VƏZİYYƏT – NAZİRLİK “AMAY”- DA BAL SATANLARI “SOYUR”

Bir qrup arı saxlayan fermer Azinforum.az-a “AMAY” Ticarət Mərkəzində təşkil olunan bal yarmakasında yaradılan şəraitdən  narazılıqlarını ifadə edən məzmunlu şikyatət ünvanlayıb. Arıçıların başlıca narazılığı yarmarkanın təşkil edildiyi yerin alıcılar üçün münasib olmaması ilə bağlıdır. Bildirilir ki, alıcılara həmin yerə necə gəlib çatmağı izah etmək olduqca çətindir:

“Hamının avtomobili yoxdur ki, gəlib rahat şəkildə buranı tapsın. Ötən illər bu yarmarka şəhərin daha münasib yerində – Dəniz Limanında təşkil edilirdi. Ora bizim üçün daha əlverişli idi”.

 

b2

 

Bazara məhsul çıxaranların digər narazılığı yarmarkanın təşkilatçısı sayılan Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şərtlərdəndir.  Onlar bildirir ki, bu işdə qazanan ancaq nazirlik olur:

“Yarmarkanın keçirilmə müddəti bir aydır. Məhsulunu satmaq üçün bura təkim olunan nazirliyim əməkdaşlarına 150 manat ödəməlisən. Bu, birmənalıdır.  Deyilən məbləği ödəyəndən sonra, sənə verilən “stol” üçün əlavə 15 manat verməlisən. Bu xərclər bizi məcbur edir ki, balı bir qədər  baha sataq. Bizə yaxşı şərait yaradılsa, müştərimiz çox olar, məhsulumuzu da  tez satıb gedərik. Nəzərə alın ki, biz ucqar rayonlardan bura gəlirik. Burada nə qədər çox qalırıqsa məsrəflərimiz bir o qədər artıq  olur. Onu çıxarmaq üçün məcburuq balı baha sataq”.

Yarmarkaya təkim olunan Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bizimlə söhbətdə bildirdilər ki, yaranan suallarla bağlı onlar hansısa açıqlama vermək səlahiyyətində deyillər:

“Bizə nə deyillərsə onu edirik”.

Azinforum.az

 

b4

b3

b5

b7

b8

 

 

Həmçinin oxuyun

Krım sözünün yaranması və Krım türklərinin tarixçəsi

Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilib. Kimmerlər bu yarımadada e.ə. VII əsrdə məskən …

Bir cavab yazın