Şənbə , Yanvar 22 2022
Ana səhifə / Cəmiyyət / “Bakıya dəvət edildim və bütün problemlərim həll edildi” – Bayram Kərimov

“Bakıya dəvət edildim və bütün problemlərim həll edildi” – Bayram Kərimov

“Mən Müdafiə Nazirliyi tərəfindən Bakıya dəvət olundum, “Papanin” xəstəxanasında oldum və onun bütün problemləri artıq həll olundu”.

Bu sözləri Vətən müharibəsində əsir düşmüş Bayram Kərimov deyib.

O bildirib ki, bütün sənədləri ona təqdim edilib və müayinədən keçib: “Papanin” xəstəxanasında müayinədən keçdim, daha sonra bütün sənədlərim mənə təqdim edildi. Hazırda Gəncədəyəm, hər şey qaydasındadır. Heç bir şikayətim yoxdur. Bir daha Cənab Prezidentə, Müdafiə Nazirliyinə və xəstəxananın rəhbərliyinə təşəkkür edirəm”.

Bayram Kərimovun əlliliklə bağlı müraciətinə də baxılıb. O bildirib ki, yaxın zamanlarda bu məsələ də həll ediləcək./Azxəbər.com

Həmçinin oxuyun

Azərbaycanda keçmiş məmurun ailəsində FACİƏ – FOTO

9 gün əvvəl İsmayıllı rayonunda baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.  Modern.az …