Ana səhifə / Cəmiyyət / Bakirəliyini, nənəsini, ölkəsini hərraca qoyanlar…- eBay-da qəribə fotolar

Bakirəliyini, nənəsini, ölkəsini hərraca qoyanlar…- eBay-da qəribə fotolar

Onlayn satış yarmarkası olan eBay geyim, aksessuar, məişət əşyalarından başqa qəribə hərrac və satışları ilə medianın marağına səbəb olub.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən bu günə kimi eBay-də 10 qəribə hərracı sizə təqdim edir:

1. İçində ruh olduğu iddia edilən banka. Hərracı 99 dollarla başlayan şəxs içində ruh var dediyi bu bankanı 50922 dollara sata bilib.

2. Bir qadın isə alnını hərraca çıxarıb. Reklam təklif edən firmanın adını alnına döydürəcəyini deyən bu qadına 44 şirkətdən təklif gəlib. Nəticədə, o, alnını 1400 dollara bir qumarxanaya kirayə verib.

3. Floridada eBay rəhbərliyi məsələyə müdaxilə edənə kimi bir nəfər qaraciyərini 57 milyon dollara satmaq üçün razılaşa bilib.

4. Castin Timberleykin yarım qalan yeməyi 3154 dollara hərracdan alınıb.

5. Bakirəliyini satan bir qadın isə Yaponiyalı biznesmen tərəfindən təklif olunan 780 min dollara öz istəyinə nail olub.

6. 2008-ci ildə iqtisadi böhrana görə İrlandiyalı bir nəfər bütün ölkəni hərraca çıxarıb. Hətta ona 10 milyon funta yaxın təkliflər də gəlib.

7. İngiltərədə isə 10 yaşında bir qız nənəsini hərraca qoyub. Bu dəfə də rəhbərliyin müdaxiləsi ilə dayandırılan hərracda nənəyə son gələn təklif isə 20 min funt olub.

8. Bred və Ancelinanın nəfəsinin olduğu deyilən bir şüşəni 530 dollara alan olub.

9. Bir sendviçin üzərində Müqəddəs Məryəmə bənzəyən şəkil yaranıb. Bunu 28 min dollara alan yer isə GoldenPalace adlı qumarxana olub.

10. 20 yaşlı  Adam Burtle satacaq bir şey tapmayıb öz ruhunu hərraca çıxarıb. Buna bir qadın 400 dollar verib. Ruhdan necə istifadə edildiyi ilə bağlı məlumat yoxdur.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın